• $
  • €
  • ₽
  • ₺
  • £

Polşada vağzalı və məktəbi partlatmaqla hədələyən gənc saxlanılıb

Polşada vağzalı və məktəbi partlatmaqla hədələyən gənc saxlanılıb
06.10.2026 18:16

Polşanın Poznan şəhərində məktəbi, dəmir yolu vağzalını və platformaları partlatmaqla hədələyən 19 yaşlı gənc saxlanılıb.Bu barədə RMF24 məlumat yayıb.

Məlumata görə, gənc sentyabrın sonunda bir neçə qurumun elektron poçt ünvanına partlayıcı maddələrdən istifadə ilə bağlı hədələr göndərib. Məktublardan birində özünü şagird kimi təqdim edərək məktəbdə partlayıcı qurğu ilə özünü partlatmaqla hədələyib. Digər məktubda isə Poznan şəhərinin əsas dəmir yolu vağzalını və platformaları partlatmaqla hədələyib.

O, hədələrdən imtina etmək müqabilində Poznanın Strşeşin rayonundakı parkda çamadanda qoyulması üçün 300 min zlotı (77 min ABŞ dollarından çox) tələb edib.

Polis məktəbi, vağzalı və platformaları yoxlayıb, lakin ərazilərdə hər hansı partlayıcı qurğu aşkarlanmayıb. Eyni zamanda, təxliyəyə ehtiyac yaranmayıb.

Kibercinayətkarlıqla Mübarizə üzrə Mərkəzi Büronun mütəxəssisləri və polis əməkdaşları elektron məktubların müəllifini müəyyən ediblər. Şübhəlinin evində elektron cihazlar götürülüb və həmin cihazlarda göndərilən məktublar aşkarlanıb.

19 yaşlı şəxs yalançı həyəcan yaratmaqda ittiham olunub. O, 6 aydan 8 ilədək azadlıqdan məhrum edilə bilər.

Oxşar xəbərlər
Oxşar xəbərlər


Ukrayna Bryanska PUA hücumu edib: 2 nəfər ölüb, 6 nəfər yaralanıb
Dünya 13:47
Ukrayna Bryanska PUA hücumu edib: 2 nəfər ölüb, 6 nəfər yaralanıb

Moskvada mobil internet söndürülüb
Dünya 12:48
Moskvada mobil internet söndürülüb
İran Hörmüz boğazı ilə bağlı xəbərdarlıq edib
Dünya 23:44
İran Hörmüz boğazı ilə bağlı xəbərdarlıq edib
Ukraynada hərbi vəziyyət və səfərbərlik müddəti uzadılıb
Dünya 22:46
Ukraynada hərbi vəziyyət və səfərbərlik müddəti uzadılıb
“Hizbullah” İsraillə yeni müharibəyə hazırlaşır - KİV
Dünya 21:16
“Hizbullah” İsraillə yeni müharibəyə hazırlaşır - KİV
Atlantada oktyabrın 30-31-də G20 ölkələrinin XİN başçılarının görüşü keçiriləcək
Dünya 20:44
Atlantada oktyabrın 30-31-də G20 ölkələrinin XİN başçılarının görüşü keçiriləcək
İranda regional təhlükəsizliklə bağlı dördtərəfli görüş keçirilib
Dünya 18:26
İranda regional təhlükəsizliklə bağlı dördtərəfli görüş keçirilib

Ukraynada hərbi vəziyyət rejimi daha üç ay müddətinə uzadılıb
Dünya 14:39
Ukraynada hərbi vəziyyət rejimi daha üç ay müddətinə uzadılıb
Nigeriyada kəndə silahlı hücum edilib, 40 nəfər həlak olub
Dünya 00:04
Nigeriyada kəndə silahlı hücum edilib, 40 nəfər həlak olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol