• $
  • €
  • ₽
  • ₺
  • £

Kompensasiya köhnə mənzilin bazar dəyəri ilə hesablanmamalıdır - Vüqar Orucla müsahibə

Kompensasiya köhnə mənzilin bazar dəyəri ilə hesablanmamalıdır - Vüqar Orucla müsahibə
02.10.2026 09:53

Sökülən mənzillərə görə kompensasiya hesablanarkən həmin mənzilin köhnə və ya qəzalı vəziyyətdəki bazar dəyəri deyil, yaxınlıqdakı yeni tikililərdə mənzil almaq üçün lazım olan məbləğ əsas götürülməlidir. Bunu Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc anews.az-a müsahibəsində bildirib.

Çıxarışdakı sahə qiymətləndirməyə təsir edir

Vüqar Orucun sözlərinə görə, banklara təqdim edilən qiymətləndirmələrdə əmlakın reyestrdə göstərilən sahəsi ilə faktiki sahəsi arasındakı fərq nəticəyə təsir edə bilər.

“Qiymətləndirici girov predmeti olan əmlakı qiymətləndirəndə yalnız onun hüquqi sərhədlərini - Dövlət Əmlak Reyestri Xidmətinin çıxarışındakı göstəriciləri nəzərə alır. Bu göstəricilər çox zaman faktiki göstəricilərdən fərqlənir,”-  iqtisadi ekspert deyib.

O, qeydiyyatda 70 və ya 80 kvadratmetr göstərilən 100 kvadratmetrlik evin qiymətinin çıxarışdakı sahə əsasında hesablana biləcəyini bildirib.

Kompensasiya məsələsində isə  ekspert köhnə mənzilin dəyərini hesablamaq əvəzinə, həmin sahəyə uyğun yeni mənzil almağa imkan verən məbləğin müəyyən edilməsini təklif edib.

“Vətəndaş oradan köçəndə yaxınlıqda mənzil ala bilməlidir. Beləliklə, nə mühit dəyişər, nə də onun indiyə qədərki əlaqələri və kommunikasiyaları qırılar. Bu, ədalətli yanaşmadır,” - o deyib.

Vüqar Orucun sözlərinə görə, kompensasiyanın məbləği üç yolla müəyyən edilə bilər: investorla mülkiyyətçinin razılığı əsasında, Nazirlər Kabineti yanında komissiyanın qərarı ilə və ya qiymətləndirmə şirkətlərinin iştirak etdiyi satınalma vasitəsilə.

O, Yasamalda ödənilən 2 700 manatın qiymətləndiricilər tərəfindən deyil, müvafiq komissiya tərəfindən müəyyən edildiyini vurğulayıb.


Sektorda nəzarət və rəqabət problemi

Qiymətləndirmə sektorunda problemlərin mövcud olduğunu deyən Vüqar Oruc, bəzi şirkətlərin beynəlxalq və milli standartlara əməl etmədiyini, sifarişçiyə uyğun qiymət yazdığını iddia edib. O, 2022-ci ildə 60 qiymətləndirmə şirkəti olduğu halda, indi sayın 138-ə çatdığını, bunun sektorun böyüməsindən çox, şirkətlərin çoxaldılmasından qaynaqlandığını bildirib.

Sədr Qiymətləndiricilər Palatasında inhisarçılıq meyilləri və maraqlar toqquşması olduğunu da iddia edib. Onun sözlərinə görə, Qiymətləndirmə Palata rəhbərliyindəki şəxslərin qiymətləndirmə şirkətlərinə sahib olması sektorun tənzimlənməsinə mənfi təsir göstərir.


“Qiymətləndiricinin vəzifəsi real bazar dəyərini müəyyən etməkdir. O, nə vətəndaşın, nə bankın, nə də dövlətin tərəfində olmalıdır; obyektiv mövqe tutmalıdır,” - Vüqar Oruc deyib.

O, Palatanın intizam komissiyasının şikayətləri nəzərdən keçirə bilsə də, müstəqil olmadığını və qiymətləndiricilərə nəzarəti həyata keçirən effektiv qurumun olmadığını bildirib.

Vüqar Oruc 2023-cü ildə qəbul edilən yeni qanundan sonra 2024-cü ildə imtahanların keçirildiyini və Qiymətləndiricilər Palatasının formalaşdığını xatırladıb. Lakin, onun fikrincə, yeni sistem gözlənilən nəticəni verməyib.

Bank sifarişlərində müstəqillik

Vüqar Oruc bank sifarişlərində qiymətləndiricilərin müstəqilliyini artırmaq üçün şirkətlərin iş keyfiyyətinə görə qiymətləndirildiyi və sifarişlərin nəticələrə uyğun bölüşdürüldüyü sistemin tətbiqini təklif edib. O, daşınmaz əmlak elan saytlarındakı qiymətlərin etibarlı bazar göstəricisi olmadığını, şirkətinin əməkdaşlarının elan verənlərlə əlaqə saxlayaraq əlavə məlumat topladığını deyib.

“İstər bank, istər dövlət, istərsə də vətəndaş sifarişçi olsun, ödəniş qiymətləndiricinin hesablamalarına təsir etməməlidir,” - ekspert bildirib.

Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti 1998-ci ildə Xanhüseyn Kazımlının rəhbərliyi ilə bir qrup alim və qiymətləndiricinin təşəbbüsü əsasında təsis edilib, 1999-cu ildə dövlət qeydiyyatına alınıb. Cəmiyyət peşəkar qiymətləndiriciləri birləşdirir, onların hüquqlarının qorunması və qiymətləndirmə sahəsinin elmi-praktiki inkişafı istiqamətində fəaliyyət göstərir.

Gülnar Nazimqızı 

N.Təbrizli

Oxşar xəbərlər
Oxşar xəbərlər
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib

PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
İqtisadiyyat 12:46
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
Новая функцияYeloInvest: узнайте больше о своём портфеле!
İqtisadiyyat 12:43
Новая функцияYeloInvest: узнайте больше о своём портфеле!

"Nar”ın baş icraçı direktoru rəqəmsal texnologiyalarla bağlı təlim keçib
İqtisadiyyat 12:22
"Nar”ın baş icraçı direktoru rəqəmsal texnologiyalarla bağlı təlim keçib
Zahid Oruc pulsuz hüquqi yardım sistemində üç dəyişiklik təklif edib
İqtisadiyyat 12:00
Zahid Oruc pulsuz hüquqi yardım sistemində üç dəyişiklik təklif edib
Mikayıl Cabbarova müşavir təyin edilib
İqtisadiyyat 11:47
Mikayıl Cabbarova müşavir təyin edilib
Əli Əsədov: Azərbaycan-Gürcüstan ticarət dövriyyəsi 9 ayda 42% artıb
İqtisadiyyat 10:42
Əli Əsədov: Azərbaycan-Gürcüstan ticarət dövriyyəsi 9 ayda 42% artıb
"Azeri Light" neftinin qiyməti 2,5% azalaraq 122,28 dollar olub
İqtisadiyyat 09:35
"Azeri Light" neftinin qiyməti 2,5% azalaraq 122,28 dollar olub
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol