• $
  • €
  • ₽
  • ₺
  • £

İlham Əliyev Ramzan Kadırovu qəbul edib

İlham Əliyev Ramzan Kadırovu qəbul edib
10.10.2026 15:48

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 10-da Rusiya Federasiyasının Çeçenistan Respublikasının başçısı Ramzan Kadırovu qəbul edib.Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Görüşdə İlham Əliyev Azərbaycan və çeçen xalqları arasında münasibətlərin qədim tarixə malik olduğunu, hazırda dostluq, həmrəylik və əməkdaşlıq əsasında inkişaf etdiyini bildirib.

Dövlət başçısı Ramzan Kadırovu Çeçenistanın sürətli inkişafı istiqamətində əldə etdiyi uğurlara görə təbrik edib və respublikanın gələcək inkişafı üçün ona yeni nailiyyətlər arzulayıb.

Ramzan Kadırov isə Azərbaycanla Çeçenistanı birləşdirən amillərdən danışaraq, hər iki xalqın liderləri Heydər Əliyev və Əhməd Kadırov arasında mövcud olmuş qardaşlıq münasibətlərini xatırladıb.

O, 2024-cü ilin dekabrında Bakı–Qroznı reysini həyata keçirən sərnişin təyyarəsinin qəzaya uğraması ilə əlaqədar Azərbaycan xalqına bir daha başsağlığı verib, həlak olanların yaxınlarının kədərini bölüşdüyünü bildirib.

Çeçenistanın başçısı, həmçinin Qarabağ məsələsinin həlli münasibətilə Azərbaycan xalqını təbrik edib və regionda davamlı sülhün və sabitliyin bərqərar olacağına əminliyini ifadə edib.

Kadırov Bakıda keçirilən cüdo üzrə dünya çempionatına da toxunaraq, Azərbaycan idmançılarını uğurları münasibətilə təbrik edib. O, gələcəkdə birgə idman tədbirlərinin keçirilməsinin faydalı olacağını vurğulayıb.

İlham Əliyev öz növbəsində Azərbaycan və çeçen xalqları arasında müasir münasibətlərin möhkəmlənməsində Heydər Əliyev və Əhməd Kadırovun mühüm rol oynadığını qeyd edib.

Prezident Çeçenistanda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi, eləcə də iqtisadi və sosial inkişaf sahələrində əldə olunan nəticələrdən məmnunluğunu bildirib.

Dövlət başçısı Ramzan Kadırovun Azərbaycan üçün yaxın ölkə hesab etdiyi Çeçenistanla əlaqələrin inkişafına toxunaraq, onu gələcəkdə də Azərbaycanda görməkdən məmnun olacağını deyib.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Ərdoğan Ceyhun Bayramovu qəbul edib
Siyasət 18:30
Ərdoğan Ceyhun Bayramovu qəbul edib
Ərdoğan: Türkiyə Azərbaycan-Ermənistan təmaslarını dəstəkləyir
Siyasət 16:31
Ərdoğan: Türkiyə Azərbaycan-Ermənistan təmaslarını dəstəkləyir
Ankara sammitində Azərbaycanın TDT sədrliyinin nəticələri təqdim olunub - XİN
Siyasət 15:52
Ankara sammitində Azərbaycanın TDT sədrliyinin nəticələri təqdim olunub - XİN

Hikmət Hacıyev: Xəzər Azərbaycanı və Mərkəzi Asiyanı ayırmır, birləşdirir
Siyasət 14:25
Hikmət Hacıyev: Xəzər Azərbaycanı və Mərkəzi Asiyanı ayırmır, birləşdirir
Deputat pulsuz hüquqi yardımda bürokratik maneələrin azaldılmasını istəyir
Siyasət 12:14
Deputat pulsuz hüquqi yardımda bürokratik maneələrin azaldılmasını istəyir
Fazil Mustafa: aylıq gəliri 400 manatdan az olanlara pulsuz hüquqi yardım göstərilsin
Siyasət 12:07
Fazil Mustafa: aylıq gəliri 400 manatdan az olanlara pulsuz hüquqi yardım göstərilsin

Bu gün Azərbaycanla Gürcüstan arasında bir sıra sənədlər imzalanacaq
Siyasət 12:02
Bu gün Azərbaycanla Gürcüstan arasında bir sıra sənədlər imzalanacaq
Milli Məclisin növbəti iclası başlayıb
Siyasət 11:06
Milli Məclisin növbəti iclası başlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol