• $
  • €
  • ₽
  • ₺
  • £

Cüdo üzrə dünya çempionatının bayrağı Qazaxıstana təhvil verilib

Cüdo üzrə dünya çempionatının bayrağı Qazaxıstana təhvil verilib
10.10.2026 21:55

Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatı çərçivəsində Beynəlxalq Cüdo Federasiyasının (BCF) bayrağının təhvil-təslim mərasimi keçirilib.

Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, Milli Gimnastika Arenasında təşkil olunan mərasimdə federasiyanın vitse-prezidenti Elnur Məmmədli, BCF-nin baş katibi Lisa Allan və Qazaxıstan Cüdo Federasiyasının prezidenti Kuanışbek Yesekeyev iştirak ediblər.

Mərasim zamanı BCF-nin bayrağı arenadakı dirəkdən endirilərək səhnəyə gətirilib. Elnur Məmmədli bayrağı Lisa Allana, o isə 2027-ci ildə dünya çempionatına ev sahibliyi edəcək Qazaxıstanın nümayəndəsi Kuanışbek Yesekeyevə təqdim edib.

Beləliklə, dünya çempionatına ev sahibliyi simvolik olaraq Bakıdan Astanaya keçib.

Mərasimin sonunda 2027-ci ildə Qazaxıstanın paytaxtında keçiriləcək dünya çempionatına həsr olunan təqdimat videosu nümayiş etdirilib.

Azərbaycan cüdoçuları Bakıda keçirilən dünya çempionatını bir qızıl, iki gümüş və dörd bürünc olmaqla, ümumilikdə yeddi medalla başa vurublar.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Cüdo üzrə dünya çempionatının bayrağı Qazaxıstana təhvil verilib
İdman 21:55
Cüdo üzrə dünya çempionatının bayrağı Qazaxıstana təhvil verilib
“Sabah” - “Borussiya” matçının biletləri satışa çıxarılıb
İdman 20:04
“Sabah” - “Borussiya” matçının biletləri satışa çıxarılıb
Zelim Tçkayev dünya çempionatında gümüş medal qazanıb
İdman 19:12
Zelim Tçkayev dünya çempionatında gümüş medal qazanıb
Azərbaycanda qızıl medal alan idmançıların sayı azalıb
İdman 11:38
Azərbaycanda qızıl medal alan idmançıların sayı azalıb

“Sabah”ın oyununa 45 min bilet satılıb
İdman 16:29
“Sabah”ın oyununa 45 min bilet satılıb
UEFA Millətlər Liqası: Azərbaycan - Litva matçına start verilib
İdman 17:01
UEFA Millətlər Liqası: Azərbaycan - Litva matçına start verilib
Bakıda cüdo üzrə dünya çempionatına start verilir
İdman 09:15
Bakıda cüdo üzrə dünya çempionatına start verilir
"Fənərbaxça" Bakıya gəlib
İdman 19:26
"Fənərbaxça" Bakıya gəlib
Azərbaycan millisi Lixtenşteynlə heç-heçə edib - Yenilənib
İdman 21:54
Azərbaycan millisi Lixtenşteynlə heç-heçə edib - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol