• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan və Qazaxıstan Xəzərin dibi ilə fiber-optik xətti işə salır - Tokayev

Azərbaycan və Qazaxıstan Xəzərin dibi ilə fiber-optik xətti işə salır - Tokayev
15.10.2026 12:42

Qazaxıstan və Azərbaycan Avrasiya üzrə məlumat ötürülməsini yaxşılaşdırmaq üçün Xəzər dənizinin dibi ilə çəkilən fiber-optik xətti işə salır. Bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev cümə axşamı Bakıda bildirib.

“Bu gün Qazaxıstan və Azərbaycan Xəzər dənizinin dibi ilə keçən Transxəzər fiber-optik xəttini birgə işə salmaqla mühüm mərhələyə qədəm qoyurlar”, - Tokayev Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Zirvə görüşündə deyib.

Onun sözlərinə görə, “Rəqəmsal İpək Yolu” layihəsi Avrasiya üzrə məlumatların daha sürətli və təhlükəsiz ötürülməsini təmin edəcək və Asiyanın rəqəmsal imkanlarını gücləndirəcək.

Tokayev xəttin kommersiya istismarına başlayıb-başlamadığını dəqiqləşdirməyib, onun ötürmə qabiliyyəti və dəyəri barədə məlumat verməyib.

Qazaxıstan Prezidenti həmçinin AQEM üzvlərinə Orta Dəhliz, “Şimal–Cənub” beynəlxalq nəqliyyat dəhlizi və TRACECA daxil olmaqla əsas beynəlxalq marşrutları əhatə edən nəqliyyat əlaqələri strategiyasını birgə hazırlamağı təklif edib.

Gülnar Nazimqızı 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezidentin sosial media hesablarında Vətən müharibəsi ilə bağlı videoçarx paylaşılıb
Siyasət 20:05
Prezidentin sosial media hesablarında Vətən müharibəsi ilə bağlı videoçarx paylaşılıb
Beynəlxalq axtarışa verilən türkiyəli jurnalist Azərbaycandan üzr istəyib
Siyasət 19:46
Beynəlxalq axtarışa verilən türkiyəli jurnalist Azərbaycandan üzr istəyib
Ceyhun Bayramov Banqladeşin xarici işlər üzrə dövlət naziri ilə görüşüb
Siyasət 18:06
Ceyhun Bayramov Banqladeşin xarici işlər üzrə dövlət naziri ilə görüşüb
Ramiz Mehdiyev YAP-dan çıxarılıb
Siyasət 17:03
Ramiz Mehdiyev YAP-dan çıxarılıb
Şəhid ailələri və müharibə əlillərinin mənzil təminatının maliyyələşmə müddəti uzadılıb
Siyasət 16:58
Şəhid ailələri və müharibə əlillərinin mənzil təminatının maliyyələşmə müddəti uzadılıb
Türkiyəli jurnalist Azərbaycanda hakimiyyəti ələ keçirməyə çağırışda ittiham olunur
Siyasət 15:03
Türkiyəli jurnalist Azərbaycanda hakimiyyəti ələ keçirməyə çağırışda ittiham olunur
İrandan Azərbaycana 35 kiloqram narkotikin keçirilməsinin qarşısı alınıb
Siyasət 14:31
İrandan Azərbaycana 35 kiloqram narkotikin keçirilməsinin qarşısı alınıb
Əliyev Gürcüstanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 13:17
Əliyev Gürcüstanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib
Zahid Oruc: Süni intellekt dövlət qulluqçusunu əvəz edə bilməz
Siyasət 11:47
Zahid Oruc: Süni intellekt dövlət qulluqçusunu əvəz edə bilməz
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol