APEC sammitində Rusiya, ABŞ və Çin liderlərinin mümkün görüşünə hazırlıq gedir
Pekin Rusiya, ABŞ və Çin arasında mümkün üçtərəfli görüşün Şençjendə keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı (APEC) sammiti çərçivəsində təşkili üçün hazırlıq görür.
"İnterfaks” xəbər verir ki, bunu Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov jurnalistlərə bildirib.
Onun sözlərinə görə, görüşün keçirilməsi imkanı Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidenti Donald Trampın nümayəndəsi Stiv Uitkoff arasında müzakirə olunub. Uşakov qeyd edib ki, üç ölkənin heç biri bu ideyanı rədd etmir.
Rusiya Prezidentinin köməkçisi əlavə edib ki, üçtərəfli danışıqların mümkün gündəliyi ilə bağlı Moskva bir sıra praktiki təkliflər irəli sürüb.