Azərbaycanda ictimai iaşə dövriyyəsi bu ilin doqquz ayında 8 faiz artıb
2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda ictimai iaşə dövriyyəsinin dəyəri müqayisəli qiymətlərlə ötən ilin eyni dövrünə nisbətən 8% artaraq 2,309 milyard manat təşkil edib. Bu barədə Dövlət Statistika Komitəsi şənbə günü məlumat yayıb.
Hesabat dövründə özəl sektorda ictimai iaşə dövriyyəsinin yarısı hüquqi şəxslərin, qalan 50%-i isə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşüb.
O cümlədən, hüquqi şəxslər üzrə dövriyyənin dəyəri illik müqayisədə 6,1% artaraq 1,149 milyard manata çatıb.