Ölkə üzrə ən çox nikahdankənar uşaq Cəlilabadda doğulub
Lənkəran-Astara iqtisadi rayonunda rəsmi qeydə alınmamış nikahda olan qadınlardan 2 758 uşaq diri doğulub. Bu, region üzrə diri doğulan uşaqların 25,9%-ni təşkil edib. Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.
Bu uşaqların 2 211-i kənd yerlərində, 547-si şəhərlərdə doğulub.
Qeydə alınmamış nikahlardan doğulanların ümumi diri doğulanlara nisbəti kəndlərdə 27,7%, şəhərlərdə isə 20,7% olub.
Rayonlar arasında ən çox belə doğum Cəlilabadda qeydə alınıb- 1 312 uşaq, yaxud rayon üzrə diri doğulanların 42,9%-i.
Masallıda bu göstərici 585 uşaq (26,8%), Lənkəranda 378 (19,3%), Astarada 245 (17,2%), Lerikdə 126 (12,3%), Yardımlıda isə 112 (11,3%) olub.
Gülnar Nazimqızı
Son xəbərlər
Daha çox