• $
  • €
  • ₽
  • ₺
  • £

Bratislava-Bakı marşrutu üzrə ilk birbaşa reys həyata keçirilib

Bratislava-Bakı marşrutu üzrə ilk birbaşa reys həyata keçirilib
28.10.2026 19:46

Slovakiyanın paytaxtı Bratislava ilə Bakı arasında “Wizz Air” aviaşirkətinin ilk birbaşa reysi həyata keçirilib.Bu barədə Azərbaycanın Slovakiyadakı səfiri Vüsal Abdullayev “X” sosial şəbəkə hesabında paylaşım edib.

“Wizz Air”in Bratislava-Bakı birbaşa hava marşrutunun açılış tədbirində iştirak etməkdən böyük məmnunluq duyuram”, – diplomat qeyd edib.

Səfir birbaşa hava əlaqəsinin fəaliyyətə başlamasını Azərbaycan-Slovakiya münasibətlərində əlamətdar hadisə və iki ölkənin strateji tərəfdaşlığının mühüm nailiyyəti kimi qiymətləndirib.

Onun sözlərinə görə, yeni marşrut işgüzar əlaqələr, turizm və insanlar arasında təmaslar üçün geniş imkanlar yaradacaq.

“Report”un məlumatına görə, Bratislavadan yola düşən təyyarənin Bakıya saat 21:20-də eniş etməsi gözlənilir. Bu istiqamət üzrə uçuşlar həftədə iki dəfə – çərşənbə və şənbə günləri həyata keçiriləcək.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
Cəmiyyət 19:50
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
Bratislava-Bakı marşrutu üzrə ilk birbaşa reys həyata keçirilib
Cəmiyyət 19:46
Bratislava-Bakı marşrutu üzrə ilk birbaşa reys həyata keçirilib
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsindən azad edilib
Cəmiyyət 18:49
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsindən azad edilib
Prezidentdən daşınmaz əmlakla bağlı- fərman
Cəmiyyət 17:42
Prezidentdən daşınmaz əmlakla bağlı- fərman
Bakı Şəhər Statistika İdarəsinin rəisi vəzifəsindən azad edilib
Cəmiyyət 17:12
Bakı Şəhər Statistika İdarəsinin rəisi vəzifəsindən azad edilib
Ölkə üzrə ən çox nikahdankənar uşaq Cəlilabadda doğulub
Cəmiyyət 16:44
Ölkə üzrə ən çox nikahdankənar uşaq Cəlilabadda doğulub
Prezident Maliyyə Nazirliyinin bir funksiyasını ləğv edib
Cəmiyyət 16:32
Prezident Maliyyə Nazirliyinin bir funksiyasını ləğv edib
Nikahsız doğulan hər 100 uşaqdan 3-ü beşinci və daha çox uşaqdır - statistika
Cəmiyyət 16:04
Nikahsız doğulan hər 100 uşaqdan 3-ü beşinci və daha çox uşaqdır - statistika
Azərbaycanda 15-19 yaşlı qadınlar arasında doğum əmsalı 13% azalıb
Cəmiyyət 15:50
Azərbaycanda 15-19 yaşlı qadınlar arasında doğum əmsalı 13% azalıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol