Ərdoğan Ankarada Tokayevlə görüşüb
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə görüşüb.Bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb.
Bildirilib ki, görüşdə Türkiyə-Qazaxıstan ikitərəfli münasibətləri, eləcə də regional və qlobal məsələlər müzakirə olunub.
Ərdoğan Türkiyə ilə Qazaxıstan arasında ticarət, investisiya, enerji, nəqliyyat və müdafiə sənayesi başda olmaqla, bütün sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi üçün addımlar atılacağını bildirib.
O, həmçinin Tokayevi Antalyada keçiriləcək COP31 Liderlər Sammitinə dəvət edib.
Son xəbərlər
Daha çox