Zaur Rzayev vəfat edib
Azərbaycanın Xalq artisti Zaur Rzayev 74 yaşında vəfat edib.Bu barədə "Report"a sənətçinin oğlu Azər Rzayev məlumat verib.
Zaur Rzayev Mərkəzi Neftçilər Xəstəxanasında müalicə alırdı.
O, 1952-ci il yanvarın 28-də Kürdəmirdə anadan olub. Bakı Kitabxanaçılıq Texnikumunda, Asəf Zeynallı adına Musiqi Texnikumunda və Azərbaycan Dövlət Konservatoriyasının vokal şöbəsində təhsil alıb.
Müxtəlif illərdə Azərbaycan Silahlı Qüvvələrinin Mahnı və Rəqs Ansamblında solist və bədii rəhbər vəzifələrində çalışıb.
Zaur Rzayev 1998-ci ildə Əməkdar artist, 2003-cü ildə Azərbaycanın Xalq artisti, 2008-ci ildə isə Dağıstan Respublikasının Xalq artisti fəxri adlarına layiq görülüb.
Son xəbərlər
Daha çox