• $
  • €
  • ₽
  • ₺
  • £

"Dortmund" uçuruma doğru irəliləyir

28.05.2020 21:03
Öz evində "Ausburq"a da məğlub olan "Borusiya Dortmund" Bundesliqada sona doğru getməkdə davam edir.

ANN.Az ntvspor.net-ə istinadən xəbər verir ki, 2011 və 2012-ci ildə Liqa çempionu olan, 2013 Çempionlar Liqasında finalında oynayan, bu mövsüm Çempionlar Liqasında qrupundan ilk sırada çıxan "Borusiya Dortmund" Bundesliqada inanılmaz bir eniş dövrü yaşayır.

Keçən həftə "Bayer Leverkusen" ilə səfərdə bərabərə qalan Sarı-qaralar bundan sonra öz evində "Ausburq"a məğlub olmaqdan xilas ola bilməyib. 10 nəfərlik Ausburq qarşısındakı məğlubiyyət və bezib-usanmadan daim komandanı dəstəkləyən Dortmund tərəfdarının da səbrini daşırıb. Oyunun sonunda tribunaları dolduran 80 min Dortmund tərəfdarı oyunçulara və baş məşqçi Jurgen Kloppa etiraz edib.
 
Qapıçı Weidenfeller və Mats Hummels əlacsız vəziyyətdə qalaraq tribunalara qədər gedib tərəfdarlara işlərini düzəldəcəkləri barədə söz vermək məcburiyyətində qalıblar. Hummels oyunun sonunda azarkeş reaksiyalarını anlayışla qarşıladıqlarını bildirib.

Baş məşqçi Klopp: "Başladığımız savaşı qazanmaq üçün, doğru qərarlar qəbul edəcək cəsarətə sahib olmalıyıq. "Ausburq" qarşısında bu cəsarəti göstərə bilmədik"  sözləri ilə özünü tənqid edib.

İlk 19 həftədə 16 bal toplayan Dortmund ilə Bundesliqa cədvəlinin ən son sırasında qərarlaşan Freyburq-la arasında 2 xal fərq yaranıb.

ANN.Az

Oxşar xəbərlər
Oxşar xəbərlər
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
İdman 12:57
"Sabah" - "Borussiya" oyununu ispaniyalı hakimlər idarə edəcək
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İdman 21:14
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
İdman 19:19
İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik edib
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
İdman 20:30
"Sabah"ın qapıçısı UEFA Çempionlar Liqasının II turunun rəmzi heyətinə daxil edilib
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
İdman 22:40
“Sabah” Çempionlar Liqasında ilk qələbəsini qazanıb - Yenilənib
“Sabah”ın oyunu ilə əlaqədar 18 avtobus marşrutunun hərəkət sxemi dəyişdiriləcək
İdman 18:47
“Sabah”ın oyunu ilə əlaqədar 18 avtobus marşrutunun hərəkət sxemi dəyişdiriləcək
"Sabah" – "Slaviya" oyununu avstriyalı hakim idarə edəcək
İdman 13:01
"Sabah" – "Slaviya" oyununu avstriyalı hakim idarə edəcək
Bakıda cüdo üzrə dünya çempionatında Azərbaycan millisi Avstriyaya qalib gəlib
İdman 10:09
Bakıda cüdo üzrə dünya çempionatında Azərbaycan millisi Avstriyaya qalib gəlib
Cüdo üzrə dünya çempionatının bayrağı Qazaxıstana təhvil verilib
İdman 21:55
Cüdo üzrə dünya çempionatının bayrağı Qazaxıstana təhvil verilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol