• $ 1.7
  • € 2.0054
  • ₽ 0.021663
  • ₺ 0.0427
  • £ 2.3364

Buraxılış imtahanlarında iştirak edəcək şagirdlərin sayı açıqlandı

Buraxılış imtahanlarında iştirak edəcək şagirdlərin sayı açıqlandı
01.06.2015 12:06
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyun ayında respublikanın bütün orta ümumtəhsil müəssisələrinin IX və XI siniflərində təhsil alan şagirdlər üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanı keçirəcək.

 "Report" xəbər verir ki, bunu TQDK sədri Məleykə Abbaszadə bugünkü mətbuat konfransında deyib. 

Onun sözlərinə görə, imtahanlar təsdiq olunan qrafik üzrə 2, 6, 11, 16 iyunda olacaq: "İmtahanlarda respublika üzrə 88 151 nəfər XI, 107 236 nəfər isə IX sinif şagirdinin iştirakı gözlənilir. Eyni gündə saat 10.00-da buraxılış sinfinin IX, saat 15.00-da isə XI sinif şagirdləri öz biliklərini nümayiş etdirəcəklər".

TQDK sədri bildirib ki, imtahanlar şəhər, rayon, qəsəbə və kənd yaşayış məntəqələrində ümumilikdə 273 imtahan mərkəzində aparılacaq: "İyunun 2-də ilk olaraq Bakıda keçiriləcək imtahan üçün 79 bina ayrılıb. Bakı şəhəri üzrə 55 897 nəfər şagirdin (IX sinif üzrə 31 489 nəfər və XI sinif üzrə 24 408 nəfər buraxılış imtahanında iştirak etməsi nəzərdə tutulub. 480 nəfər şagird (IX sinif üzrə 245 nəfər və XI sinif üzrə 235 nəfər) Təhsil Nazirliyinin nəzdində fəaliyyət göstərən psixoloji-tibbi-pedaqoji komissiyanın rəyi əsasında buraxılış imtahanından azad edilib".

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Fond heyvanları da sığortalayacaq
Cəmiyyət 15:54
Fond heyvanları da sığortalayacaq
Güclü küləklə bağlı növbəti dəfə xəbərdarlıq edilib
Cəmiyyət 15:47
Güclü küləklə bağlı növbəti dəfə xəbərdarlıq edilib
İpoteka kreditindən yararlananların 67%-i gənclərdir - Fond
Cəmiyyət 15:04
İpoteka kreditindən yararlananların 67%-i gənclərdir - Fond
Rusiyadan telefonla Azərbaycan saytlarına girmək mümkün olmur
Cəmiyyət 14:23
Rusiyadan telefonla Azərbaycan saytlarına girmək mümkün olmur
Dövlət qurumlarına qarşı 6 ayda 504 kiberhücum cəhdi qeydə alınıb
Cəmiyyət 12:46
Dövlət qurumlarına qarşı 6 ayda 504 kiberhücum cəhdi qeydə alınıb
Bəzi rayonlara yağış yağıb, külək güclənib
Cəmiyyət 12:20
Bəzi rayonlara yağış yağıb, külək güclənib
Həftəsonu 41 mindən çox abituriyent üçün qəbul imtahanı keçiriləcək
Cəmiyyət 11:10
Həftəsonu 41 mindən çox abituriyent üçün qəbul imtahanı keçiriləcək
Sevilyada İnkişafın Maliyyələşdirilməsi üzrə Qlobal Konfransı Azərbaycan təşviq edib
Cəmiyyət 11:03
Sevilyada İnkişafın Maliyyələşdirilməsi üzrə Qlobal Konfransı Azərbaycan təşviq edib
“İrəvan xanlığının mətbəxi” kitabı ingilis dilində təqdim olunub
Cəmiyyət 11:00
“İrəvan xanlığının mətbəxi” kitabı ingilis dilində təqdim olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol