• $
  • £

Dilqəm Əsgərovun oğlundan MÜRACİƏT: "Atamla görüşmək istəyirəm"

Dilqəm Əsgərovun oğlundan MÜRACİƏT:
15.07.2015 17:23
Kəlbəcərdə girov götürülən Dilqəm Əsgərovun oğlu Beynəlxalq Qızıl Xaç Komitəsinə müraciət edib

"Mən atamla görüşmək istəyirəm. Bu, mənim ən təbii haqqımdır".  
Bunu ANS PRESS-ə açıqlamasında Kəlbəcərdə girov götürülən Dilqəm Əsgərovun oğlu Kürdoğlu söyləyib. O bildirib ki, artıq iki ay əvvəl Beynəlxalq Qızıl Xaç Komitəsinə müraciət edib: "Müraciətimə baxmayaraq onlar hələ də mənim istəyimə konkret cavab verməyiblər. Hə, yaxşı deyirlər, ancaq hələ də bir nəticə əldə olunmayıb", - deyə o, əlavə edib. 

Atasını səhhəti ilə bağlı narahat olduğunu söyləyən Kürdoğlu lazım gələrsə atasının yanına gedə biləcəyini də söyləyib.    Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı nümayəndəliyinin İctimaiyyətlə Əlaqələr Departamentinin müdiri İlahə Hüseynova  bu məsələyə münasibət bildirib.   

O, söyləyib ki, BQXK girovların ailə üzvləri ilə yalnız məktub vasitəsi ilə əlaqə yaradır.

İ.Hüseynova digər komunikasiya vasitələrindən istifadə etmək üçün qarşılıqlı razılaşdırılmalı olduğunu diqqətə çatdırıb: "Bizə müraciət olunursa, o zaman qarşı tərəfə məlumatı çatdırırıq. Ancaq digər vasitələrlə ailə üzvlərinin əlaqəsini təşkil etmək yalnız razılaşdırılmış şəkildə olmalıdır", - deyə BQXK-nin rəsmisi söyləyib.

 

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakı Şəhər İcra Hakimiyyəti məhkəməyə verildi
11:40
Bakı Şəhər İcra Hakimiyyəti məhkəməyə verildi
Zakir Qaralov yeni prokuror təyin etdi
11:33
Zakir Qaralov yeni prokuror təyin etdi
Universitetin kafedra müdiri vəfat etdi
08:30
Universitetin kafedra müdiri vəfat etdi
Şəki zəlzələsi dövlətə 2 milyon manata başa gəldi
06:58
Şəki zəlzələsi dövlətə 2 milyon manata başa gəldi
Dövlət səhmdar cəmiyyətləri Heydər Əliyev prospektinə köçürüləcək
05:51
Dövlət səhmdar cəmiyyətləri Heydər Əliyev prospektinə köçürüləcək
Azərbaycanda yeni qurum yaradılır
05:42
Azərbaycanda yeni qurum yaradılır
670 bal toplayan abituriyent ali məktəbdən imtina etdi
05:29
670 bal toplayan abituriyent ali məktəbdən imtina etdi
DYP və həkimlərdən sürücülərə xəbərdarlıq
05:11
DYP və həkimlərdən sürücülərə xəbərdarlıq
Eldar Mahmudovun qohumu həbs olundu
04:40
Eldar Mahmudovun qohumu həbs olundu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol