• $
  • £

Nazirlərdən kimlər oruc tutdu? - SİYAHI

Nazirlərdən kimlər oruc tutdu? - SİYAHI
16.07.2015 16:48
Ramazan ayının sonuncu günlərini yaşayırıq. 

Müsəlman aləminin xüsusi önəm verdiyi bu ayda insanlar yeyib-içməkdən imtina edərək, öz nəfslərini tərbiyə edirlər. Azərbaycanda da əhalinin bir qismi islamın vacib şərtləri sırasına daxil olan oruc tutmağa əməl edirlər. Bu sırada bəzi məmurlar və deputatlar da var. 

Modern.az saytı mərkəzi icra hakimiyyəti orqanlarına rəhbərlik edən məmurlardan kimlərin oruc tutduğunu araşdırmağa çalışıb.

İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev nazir Şahin Mustafayevin oruc tutması haqqında məlumatlı olmadığını bildirib.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirov bildirib ki, nazir Əli Abbasov bir neçə gün oruc tutub.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova vurğulayıb ki, nazirliyin əksər işçiləri, o cümlədən də rəhbərlikdə işləyənlər oruc tutur: 

"Nazir Oqtay Şirəliyevin özünü dəqiq bilmirəm, amma bizdə oruc tutanların sayı həddindən çoxdur. Hətta nazirin müavinləri də oruc tutur. Yeri gəlmişkən, mən də oruc tuturam”.

Ədliyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Aydın Ağazadə qeyd edib ki, nazir Fikrət Məmmədov oruc tutmur.

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi Vüqar Şıxəmmədov da bildirib ki, nazir Əbülfəz Qarayev oruc tutmur.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Babayev nazir Səlim Müslümovun,  Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova nazir Azad Rəhimovun oruc tutub-tumadığı haqqında məlumatlı olmadıqlarını qeyd ediblər.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda hərbçilərin maaşı artırıldı
Cəmiyyət 11:44
Azərbaycanda hərbçilərin maaşı artırıldı
Bakı Şəhər İcra Hakimiyyəti məhkəməyə verildi
11:40
Bakı Şəhər İcra Hakimiyyəti məhkəməyə verildi
Zakir Qaralov yeni prokuror təyin etdi
11:33
Zakir Qaralov yeni prokuror təyin etdi
MTN-nin daha bir idarə rəisi vəzifəsindən azad edildi
10:28
MTN-nin daha bir idarə rəisi vəzifəsindən azad edildi
Bakı və Abşeronda sürüşmə baş verə biləcək ən təhlükəli ərazilər
Cəmiyyət 10:08
Bakı və Abşeronda sürüşmə baş verə biləcək ən təhlükəli ərazilər
Cavid Hüseynovun məhkəməsi başlayıb
Cəmiyyət 09:47
Cavid Hüseynovun məhkəməsi başlayıb
Milli Məclisin deputatına ağır itki
Cəmiyyət 09:37
Milli Məclisin deputatına ağır itki
Ali Məhkəmənin hakimi vəzifəsindən azad edildi
Cəmiyyət 09:26
Ali Məhkəmənin hakimi vəzifəsindən azad edildi
Direktor olmaq istəyənlərin nəzərinə
Cəmiyyət 09:25
Direktor olmaq istəyənlərin nəzərinə
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol