• $
  • £

Azərbaycan Müdafiə Nazirliyinin yüksək vəzifəli zabitləri həbs edildi

Azərbaycan Müdafiə Nazirliyinin yüksək vəzifəli zabitləri həbs edildi
29.07.2015 09:51
Azərbaycan Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi əməkdaşları Azərbaycan Müdafiə Nazirliyinin Baş hərbi müfəttişliyinin üç yüksək vəzifəli əməkdaşını həbs ediblər.

Haqqin.az bu barədə etibarlı mənbələrə istinadən məlumat yayıb.

Daha sonra Səbail rayon məhkəməsi onların barəsində qarşı həbs qətimkan tədbiri tətbiq edib, sayt yazır.

Baş hərbi müfəttişliyin əməkdaşları rüşvətxorluqda ittiham edilirlər. 

Haqqin.az redaksiyasına saxlanılan yüksək vəzifəli zabitlərin adları məlumdur, amma dəfələrlə edilən müraciətlərə baxmayaraq Baş prokurorluq saxlanılan şəxslərin adını açıqlamayıb.

Həbslər barədə dövlət başçısı İlham Əliyevə məlumat verilib.

Yüksək vəzifəli şəxslərin cəlb edildiyi korrupsiya qalmaqalının araşdırılması ölkə prezidentinin şəxsi sərəncamı üzrə aparılır.  

Xatırladaq ki, Azərbaycan Silahlı Qüvvələrinin bütün bölmələrində müfəttişlik fəaliyyəti göstərən Hərbi müfəttişliyin rəisi, Qaradağ rayonunun sabiq hərbi komissarı Milli Qəhrəman Fəxrəddin Cəbrayılovdur. 

O, bu vəzifəyə yeni müdafiə naziri Zakir Həsənovun dövründə təyin edilib.

Lakin ölkə və Müdafiə Nazirliyinin rəhbərliyinin gözləntilərinin əksinə olaraq, hərbi idarənin əsas bölmələrindən birində neqativ halların qarşısı alınmayıb, əksinə, belə hallar daha da geniş miqyas alıb.//Oxu.az

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ Dövlət Departamentindən Dağlıq Qarabağla bağlı ÇAĞIRIŞ
Siyasət 12:02
ABŞ Dövlət Departamentindən Dağlıq Qarabağla bağlı ÇAĞIRIŞ
Putin:
11:08
Putin: "Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatına qoşulacaq"
Nazirliklərdən birinin adı dəyişdirildi
Siyasət 05:24
Nazirliklərdən birinin adı dəyişdirildi
Azərbaycan Müdafiə Nazirliyindən Ohanyana CAVAB
Siyasət 04:21
Azərbaycan Müdafiə Nazirliyindən Ohanyana CAVAB
Kerridən Qarabağla bağlı çağırış
Siyasət 03:55
Kerridən Qarabağla bağlı çağırış
İlham Əliyev Viktor Yuşenkonu qəbul etdi
Siyasət 02:59
İlham Əliyev Viktor Yuşenkonu qəbul etdi
Ordumuz hərbi təlimlərə başlayır
01:57
Ordumuz hərbi təlimlərə başlayır
Xorvatiyanın Bakıda viza mərkəzi fəaliyyətə başladı
Siyasət 00:57
Xorvatiyanın Bakıda viza mərkəzi fəaliyyətə başladı
Putin Ermənistan və Azərbaycanı təmkinli olmağa çağırdı
Siyasət 22:39
Putin Ermənistan və Azərbaycanı təmkinli olmağa çağırdı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol