• $
  • £

Daha bir “ASAN xidmət” fəaliyyətə başladı

Daha bir “ASAN xidmət” fəaliyyətə başladı
30.07.2015 17:48
İyulun 30-dan daha bir "ASAN xidmət” mərkəzi fəaliyyətə başlayıb. 

Bu barədə Oxu.Az-a "ASAN xidmət”-dən bildirilib. 

Xidmətin sədr müavini Ülvi Mehdiyev 5 saylı Bakı "ASAN xidmət” mərkəzinin vətəndaşlara xidmət göstərməyə başlaması ilə əlaqədar mətbuat konfransında bildirib ki, artıq Bakı şəhərində qeydiyyatda olan sakinlər yeni açılmış mərkəzin xidmətlərindən də yararlana biləcəklər. 

Sədr müavini eyni zamanda vurğulayıb ki, "ASAN xidmət” mərkəzlərinin təsis edilmədiyi regionlarda isə əhaliyə xidmətlər səyyar formada çatdırılır və səyyar avtobuslar vasitəsilə isə 200 min vətəndaşa xidmət göstərilib. 

Qeyd edək ki, bu gündən fəaliyyətə başlayan yeni "ASAN xidmət” mərkəzi Nizami rayonu, Heydər Əliyev prospekti 115 ünvanında yerləşir. 

Onu da əlavə edək ki, hazırda respublika ərazisində 9 "ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. 

Onlardan 5-i paytaxt Bakı şəhərində olmaqla digərləri Sumqayıt, Gəncə, Sabirabad və Bərdədədir. Son 2 il 6 ay ərzində "ASAN xidmət” mərkəzlərinə 5 milyon 700 minə yaxın müraciət daxil olub.







www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda hərbçilərin maaşı artırıldı
Cəmiyyət 11:44
Azərbaycanda hərbçilərin maaşı artırıldı
Bakı Şəhər İcra Hakimiyyəti məhkəməyə verildi
11:40
Bakı Şəhər İcra Hakimiyyəti məhkəməyə verildi
Zakir Qaralov yeni prokuror təyin etdi
11:33
Zakir Qaralov yeni prokuror təyin etdi
MTN-nin daha bir idarə rəisi vəzifəsindən azad edildi
10:28
MTN-nin daha bir idarə rəisi vəzifəsindən azad edildi
Bakı və Abşeronda sürüşmə baş verə biləcək ən təhlükəli ərazilər
Cəmiyyət 10:08
Bakı və Abşeronda sürüşmə baş verə biləcək ən təhlükəli ərazilər
Cavid Hüseynovun məhkəməsi başlayıb
Cəmiyyət 09:47
Cavid Hüseynovun məhkəməsi başlayıb
Milli Məclisin deputatına ağır itki
Cəmiyyət 09:37
Milli Məclisin deputatına ağır itki
Ali Məhkəmənin hakimi vəzifəsindən azad edildi
Cəmiyyət 09:26
Ali Məhkəmənin hakimi vəzifəsindən azad edildi
Direktor olmaq istəyənlərin nəzərinə
Cəmiyyət 09:25
Direktor olmaq istəyənlərin nəzərinə
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol