• $
  • £

Dövlət Sərhəd Xidmətinin rəisi həbs edildi

Dövlət Sərhəd Xidmətinin rəisi həbs edildi
05.08.2015 09:30
"Onlar külli miqdarda narkotik vasitə saxlayaraq ölkəyə keçməsinə imkan verməyiblər”.

İyunda Dövlət Sərhəd Xidmətinin Biləsuvar sərhəd-keçid məntəqəsinin rəisi Sənan Şükürov və əməliyyatçısı Cəlaləddin Həsənov həbs olunub. 

Bu barədə "Qafqazinfo”ya daxil olan ilginc məlumatlara görə, həmin ayın ortalarında hər iki şəxsin saxlanılması ilə bağlı DSX-nın xüsusi əməliyyat qrupu əməliyyat həyata keçirib və nəticədə həbslər reallaşıb. 

Hər iki şəxs barəsində həbs-qətimkan tədbiri seçilib və hazırda onların işi üzrə istintaq aparılır. 

Saxlanılan Sənan Şükürova qarşı qanunsuz silah gəzdirmə maddəsi ilə ittiham irəli sürülüb. Rəisin evində aparılan axtarış nəticəsində külli miqdarda patron aşkarlanıb. 

Maraqlıdır ki, kapitanların həbs olunması bu ilin mayında DGK sədri Aydın Əliyev tərəfindən Astara, Xaçmaz və Biləsuvar rayonlarının gömrük idarə rəislərinin dəyişdirilməsi ilə eyni vaxta təsadüf edir.

Həbs olunan şəxslərin ailə üzvləri Dövlət Sərhəd Xidmətinin rəisi - Sərhəd Qoşunlarının Komandanı, general Elçin Quliyevə müraciət ediblər. Onlar kapitanların günahsız olduğunu və şərlənərək həbs edildiklərini bildirirlər. 

Qohumların iddialarına görə, həbs olunan şəxslər son aylar işlərini daha yaxşı yerinə yetirərək, yanvarda sərhəddə külli miqdarda narkotik vasitə saxlayaraq ölkəyə keçməsinə imkan verməyiblər. Ailə üzvləri belə bir fikir irəli sürüblər ki, baş verənlər məhz kiminsə bu nailiyyətləri "həzm edə bilməməsinin” nəticəsidir. 

Qeyd edək ki, hər iki şəxsin həbsinin məhz DSX-nın adı açıqlanmayan əməkdaşının müraciəti əsasında reallaşdığı bildirilir. 


www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakı Şəhər İcra Hakimiyyəti məhkəməyə verildi
11:40
Bakı Şəhər İcra Hakimiyyəti məhkəməyə verildi
Zakir Qaralov yeni prokuror təyin etdi
11:33
Zakir Qaralov yeni prokuror təyin etdi
Universitetin kafedra müdiri vəfat etdi
08:30
Universitetin kafedra müdiri vəfat etdi
Şəki zəlzələsi dövlətə 2 milyon manata başa gəldi
06:58
Şəki zəlzələsi dövlətə 2 milyon manata başa gəldi
Dövlət səhmdar cəmiyyətləri Heydər Əliyev prospektinə köçürüləcək
05:51
Dövlət səhmdar cəmiyyətləri Heydər Əliyev prospektinə köçürüləcək
Azərbaycanda yeni qurum yaradılır
05:42
Azərbaycanda yeni qurum yaradılır
670 bal toplayan abituriyent ali məktəbdən imtina etdi
05:29
670 bal toplayan abituriyent ali məktəbdən imtina etdi
DYP və həkimlərdən sürücülərə xəbərdarlıq
05:11
DYP və həkimlərdən sürücülərə xəbərdarlıq
Eldar Mahmudovun qohumu həbs olundu
04:40
Eldar Mahmudovun qohumu həbs olundu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol