Real Madrid İngiltərə yarımmüdafiəçisi ilə 6 illik müqavilə imzalayıb

16:05 | 14.06.2023
Real Madrid İngiltərə yarımmüdafiəçisi ilə 6 illik müqavilə imzalayıb

Real Madrid İngiltərə yarımmüdafiəçisi ilə 6 illik müqavilə imzalayıb

Madridin "Real” klubu Dortmund "Borussiya”sından İngiltərə millisinin yarımmüdafiəçisi Cud Bellingemlə 6 illik müqavilə imzalayıb. Bu barədə BBC məlumat yayıb.

İspaniya nəhəngi 19 yaşlı futbolçu üçün 103 milyon avro ödəyəcək.

Karyerasına Birmingem Sitidə başlayan Bellingem cümə axşamı günü keçiriləcək mərasimdə Real Madridin oyunçusu kimi təqdim olunacaq.

"Borussiya Dortmunddakı hər kəsə və son üç il ərzində hər şeyə görə azarkeşlərə təşəkkür edirəm" - Bellingem bildirib.

2020-ci ildə Dortmundun Birminqama ödədiyi 25 milyon funt sterlinq Bellingemi futbol tarixinin ən bahalı 17 yaşlı futbolçusu edib.

Ayişə Zahid
 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb