Rəbiyyət Aslanova Dövlət Komissiyasının üzvlüyündən çıxarılıb

14:55 | 21.04.2016
Rəbiyyət Aslanova Dövlət Komissiyasının üzvlüyündən çıxarılıb

Rəbiyyət Aslanova Dövlət Komissiyasının üzvlüyündən çıxarılıb

 Prezident İlham Əliyev "Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının yeni tərkibinin təsdiq edilməsi barədə” sərəncamında dəyişiklik edilməsi haqqında sərəncam imzalayıb.

"Report” xəbər verir ki, sərəncamla Komissiyanın üzvləri siyahısından Rəbiyyət Aslanovanın adı çıxarılıb.

Onun yerinə Milli Məclis sədrinin müavini, İnsan hüquqları komitəsinin sədri Bahar Muradova təyin edilib.

Sənəd "Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının yeni tərkibinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 15 noyabr tarixli 519 nömrəli Sərəncamını "Azərbaycan Respublikası Milli Məclisinin komitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 18 dekabr tarixli 70-VQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə imzalanıb.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb