Rəsmi Bakıdan milyonçu "poker kralı"nın Qarabağa səfərinə REAKSİYA

10:52 | 29.08.2018
Rəsmi Bakıdan milyonçu

Rəsmi Bakıdan milyonçu "poker kralı"nın Qarabağa səfərinə REAKSİYA

"Göründüyü kimi populizm nəticə etibarilə müxtəlif formalı klounluğa yol açır".

Bunu "Report"un sorğusuna cavab olaraq Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib. 

Erməni əsilli ABŞ vətəndaşı, milyonçu qumarbaz Den Bilzeryanın Azərbaycanın işğal olunmuş ərazilərə qanunsuz səfərinə münasibət bildirən XİN rəsmisi vurğulayıb ki, bu kimi qeyri-ciddi adamların kloun fəaliyyətini şərh etməyə lüzum yoxdur.

"Onun Azərbaycanın işğal olunmuş ərazilərinə səfərini təşkil edənlər isə bu kimi klounlarla və qeyri-ciddi işlə məşğul olmaq əvəzinə münaqişənin həll edilməsi və regionda sülhün təmin olunması ilə məşğul olmaları daha faydalı olardı", - deyə H.Hacıyev əlavə edib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb