Respublika Çempionatı keçiriləcək

14:25 | 01.10.2014
Respublika Çempionatı keçiriləcək

Respublika Çempionatı keçiriləcək

2014-cü il oktyabr ayında zona və final mərhələrindən ibarət olacaq “Vətənin müdafiəsinə hazıram” poliatlon çoxnövçülüyü üzrə Respublika Çempionatı keçiriləcək.ANN.Az Gənclər və İdman Nazirliyinə istinadən xəbər verir ki, zona mərhələsi 08-12 oktyabr tarixlərində Mingəçevir, Xaçmaz, İsmayıllı və Cəlilabad şəhərlərində baş tutacaq. Final mərhələsi isə 22-27 oktyabr tarixlərində Qəbələ şəhərində keçiriləcəkdir. Qeyd edək ki, yarış Beynəlxalq Poliatlon çoxnövçülüyü Assosiasiyasının qaydalarına əsasən keçiriləcək.“Vətənin müdafiəsinə hazıram” poliatlon çoxnövçülüyü üzrə Respublika Çempionatında idmançılar 4 növçülük (100 m və 2000 m qaçış,turnikdə dartınma və qumbara atma) üzrə yarışacaqlar. Zona yarışlarının yekununa əsasən ən çox xal toplamış və 1,2,3-cü yerlərin sahibi olan komandalar final mərhələsində iştirak hüququ qazanacaq. Qalib gəlmiş komandalar Gənclər və İdman nazirliyinin müvafiq diplomları ilə mükafatlandırılacaqlar.Yarışın keçirilməsində məqsəd gəncləri vətənin müdafiəsinə mənəvi və fiziki cəhətdən hazırlamaq,vətənə məhəbbət,vətənpərvərlik hisslərini aşılamaqdır.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM