Respublika stadionu “Qarabağ”a görə bağlandı

15:12 | 29.08.2014
Respublika stadionu “Qarabağ”a görə bağlandı

Respublika stadionu “Qarabağ”a görə bağlandı

Tofiq Bəhramov adına Respublika stadionu təmirə bağlanıb.

 “Qafqazinfo” xəbər verir ki, bu barədə “Sportnet.az”-a mərkəzi arenanın direktoru Akif İsmayılov məlumat verib. Onun sözlərinə görə, "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsində keçirəcəyi oyunlarla əlaqədar stadionun ot örtüyü lazımi səviyyəyə çatdırılacaq. İsmayılov bərpa işlərinin Ağdam komandasının ilk ev oyununadək davam edəcəyini bildirib.  Qeyd edək ki,  “Qarabağ”ın  “Tvente”ilə Bakıda keçirdiyi ilk oyunda və dünən “Neftçi”- “Partizan” qarşılaşmalarında Tofiq Bəhramov adına Respublika stadionunun ot örtüyü olduqca bərbad vəziyyətdə idi. “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Tvente” ilə ilk oyundan sonra qeydə alınmış 0-0 hesablı bərabərliyin bir səbəbi kimi də Respublika stadionun pis vəziyyətdə olan ot örtüyü ilə əlaqələndirmişdi.  ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM