“Rəsulzadə ilə bağlı təhqiredici ifadə işlətməmişəm” - Deputat

15:55 | 01.12.2015
“Rəsulzadə ilə bağlı təhqiredici ifadə işlətməmişəm” - Deputat

“Rəsulzadə ilə bağlı təhqiredici ifadə işlətməmişəm” - Deputat

Gəncədən deputat seçilən Naqif Həmzəyev Məhəmməd Əmin Rəsulzadə barədə səsləndirdiyi fikirlər ətrafında yaranan ictimai narazılıqla bağlı açıqlama verib.

O, Modern.az saytına deyib ki, mətbuatdakı məqalə həmin dialoqun ruhuna tamamilə ziddir:

"Orada xanım jurnalistin təqdim etdiyi kimi, təhqiredici ifadələrdən qəti istifadə olunmayıb. Müəllif həmin söhbəti təhrif edib və mənə qarşı açıq qərəz nümayiş etdirib. Səsləndirmədiyim əksər fikirləri mənim adımdan verib. Çox təəssüflər...”.

 "Yeni Müsavat”ın yazdığına görə, Naqif Həmzəyev qəzetin əməkdaşına Rəsulzadənin vətən xaini adlandıraraq, onun büstünün Gəncədə deyil, ilk respublikanı Tiflisdə qurduğu üçün orada qoyulmasını lazım bildiyini vurğulayıb. 

Naqif Həmzəyev "Rəsulzadə yaxşı kişi olsaydı arvadına sahib çıxardı” sözləri ilə özü də hiss etmədən şok açıqlama verib. Bu açıqlama ictimaiyyətdə böyük qınaqla qarşılanıb.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb