Reynaldo iki oyun olmayacaq

12:54 | 06.08.2014
Reynaldo iki oyun olmayacaq

Reynaldo iki oyun olmayacaq

"Qarabağ"ın UEFA-ya Reynaldonun qırmızı vəırəq alması ilə bağlı ünvanladığı müraciətinə rədd cavabı alması ilə bağlı sizə özəl xəbər vermişdik. 
ANN.Az İdmanxeber.com-a istinadən xəbər verir ki, Ağdam klubunun braziliyalı futbolçusu təkcə Avstriyadakı "Zalsburq"la matçı buraxmayacaq. Qurum Reynaldonun birbaşa qırmızı vərəqə almasını nəzərə alıb ona iki oyunluq cəza verib. Beləliklə bugün "Zalsburq"la oyunda meydana çıxa bilməyəcək Reynaldo "Qarabağ" tur adlasa və ya adlamasa növbəti matçı da buraxmalı olacaq.
Qeyd edək ki, Ağdam təmsilçisinin aparıcı üzvü Bakıdakı ilk görüşün son dəqiqələrində rəqib futbolçuya qarşı kobud oyuna görə ukraynalı hakim tərəfindən birbaşa qırmızı vərəqə ilə cəzalandırılmışdı. 
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM