“Reynaldonu milliləşdirmək istəyirik” – Elxan Məmmədov

14:35 | 05.09.2014
“Reynaldonu milliləşdirmək istəyirik” – Elxan Məmmədov

“Reynaldonu milliləşdirmək istəyirik” – Elxan Məmmədov

AFFA “QARABAĞ”LI FUTBOLÇUYA GÖRƏ FİFA-ya MÜRACIƏT EDƏCƏK

“Reynaldonu milliləşdirmək istəyirik” – Elxan Məmmədov

AFFA “Qarabağ” klubunun braziliyalı futbolçusu Reynaldonun Azərbaycan yığmasına cəlb olunmasına münasibət bildirib. Qol.Az-ın apasport.az saytına istinadən yaydığı məlumata görə, assosiasiyanın baş katibi Elxan Məmmədov milliləşdirilməsi gündəmə gələn braziliyalı ilə bağlı fikirlərini açıqlayıb.

 

“Biz Reynaldonun milliləşdirilməsini istərdik. Amma 2008-ci ildə qərar qəbul etmişik ki, yığmada legioner yox, ancaq etnik azərbaycanlılar oynasın. Təəssüf ki, Reynaldonun Azərbaycanla bağlılığı yoxdu” – deyə, baş katib bildirib.

 

Məmmədov vurğulayıb ki, bu məsələ ilə əlaqədar Reynaldo ilə danışıq aparmaq istəyirlər: “Bu barədə FİFA-ya müraciət edəcəyik. Reynaldo və “Qarabağ”la danışacağıq. Ola bilər ki, Reynaldo başqa xarici klubda oynasın və Azərbaycana millisinə sonradan gəlməsin. Bu məsələləri onunla dəqiqləşdirmək lazımdır”.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb