Reynaldonun cəzası açıqlandı

23:00 | 08.08.2014
Reynaldonun cəzası açıqlandı

Reynaldonun cəzası açıqlandı

O, “Tvente” ilə baş tutacaq oyunlarda komandasına kömək edə biləcəkUEFA Ağdamın “Qarabağ” futbol klubunun hücumçusu Reynaldoya verilən cəzanı açıqlayıb. ANS PRESS-in məlumatına görə, III təsnifat mərhələsində “Zalsburq”la ilk görüşdə birbaşa qırmızı vərəqə alaraq meydanı vaxtından əvvəl tərk edən braziliyalıya 1 oyun cəza verilib. Bu haqda Ağdam klubunun rəsmi saytı məlumat yayıb.Avstriyada baş tutan oyunu buraxdığını nəzərə alsaq, Reynaldo cəzasını başa vurub. O, belə olan halda pley-off mərhələsində “Tvente” ilə baş tutacaq oyunlarda komandasına kömək edə biləcək. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM