Reza Deqatidən “Qarabağ İntibahı”... - Fotolar

22:04 | 23.08.2021
Reza Deqatidən “Qarabağ İntibahı”... - Fotolar

Reza Deqatidən “Qarabağ İntibahı”... - Fotolar

Azərbaycan əsilli məşhur fransalı fotojurnalist Reza Deqati Füzuli Beynəlxalq Hava Limanında görülən işləri kamerasının yaddaşına köçürüb.

"Qafqazinfo” xəbər verir ki, o, çəkdiyi fotoları instaqram səhifəsində paylaşıb.

"2020-ci ilin oktyabrından bu günə qədər, 1992-ci ildən bəri Qarabağın işğalı dövründə baş verən dağıntıların fotoşəkillərini çəkirəm. Amma hələ yarısını belə çəkə bilməmişəm. Bu arada, demək olar ki, dərhal başlanan yenidənqurma işləri və yeni planlar bölgənin parlaq gələcəyini göstərir.

Əsas maneə, erməni qüvvələri tərəfindən qoyulan milyonlarla minalardır ki, hətta üçtərəfli müqaviləni imzaladıqdan sonra da Ermənistan hökuməti bütün beynəlxalq qanunlara zidd olaraq mülki insanların ölümünə səbəb olan və yenidənqurma işlərini gecikdirməyə gətirib çıxaran mina xəritələrini verməkdən imtina edir.

Ancaq davam edən işlər burada, həqiqətən də, möcüzədir və heç yerdə Füzuli hava limanı kimi, bir neçə ay ərzində tikilmir.
Buraya ilk təyyarə sentyabrın 5-də enəcək! Daha çox "Qarabağ İntibahı” hekayələri üçün səhifəni izləməyə davam edin”, - dünya şöhrətli fotoqraf yazıb.
 






www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb