Rilaya: "Əsas rəqibim elə özüməm" - MÜSAHİBƏ

13:45 | 21.02.2014
Rilaya: "Əsas rəqibim elə özüməm" - MÜSAHİBƏ

Rilaya: "Əsas rəqibim elə özüməm" - MÜSAHİBƏ

ANN.Az "Böyük səhnə" vokal layihəsinin iştirakçısı Valeri Hüseynzadə ilə müsahibəni oxucuların diqqətinə təqdim edir. Müsabiqənin ikinci turunda o, finala keçə bilmədi və "Eurovision" müsabiqəsində ölkəni təmsil etmək hüququ uğrunda mübarizədən kənarlaşdı.

Valeri Hüseynzadənin (Rilaya)24 yaşı var, Bakıda anadan olub. Hüquq fakültəsinin məzunudur. "Eurovision-2013" milli seçim mərhələsinin finalçısı, "Böyük səhnə" şousunun birinci mövsümünün yarımfinalçısıdır. Bakı Xoreoqrafiya Məktəbində və 2 nömrəli musiqi məktəbində "skripka" sinfi üzrə təhsil alıb. Uşaqlıqda bədii gimnastika, idman rəqsləri və tennislə məşğul olub. "Böyük səhnə" layihəsinin indiki mövsümündə on iddiaçı sırasında yer alıb, amma ikinci şoudan sonra münsiflər heyətinin qərarı ilə çıxıb.-  İştirakçılar arasında kimi özünə əsas rəqib kimi görürdün?- Əsas rəqibim elə özüməm. Özümdən çox qorxuram, səhnədə nəyisə düzgün etməməkdən qorxuram, həm də özümlə mübarizə aparıram. Mən özümə rəqib görmədiyimi demək cəsarətinə sahib deyiləm, çünki bütün ifaçılar yaxşıdır. Hər kəsin öz istedadını göstərmək üsulu, yolu var.  - Sən az qalsın elə birinci şoudan layihəni tərk edəcəkdin. Bu, sənə necə təsir etdi – məyus etdi, yoxsa əksinə, gücünü toplamağa və daha yaxşı hazırlaşmağa kömək etdi?- Birinci şoudan sonar böyük stress yaşadım. Səhv edən insan həyəcanlanmaya bilməz. Elə mən də həyəcanlanırdım, özüm haqqımda çox düşünürdüm, özümlə bacarmağa çalışırdım. Uşaqlar məni hər cür dəstəkləyirdilər.- Yəni, münsiflər heyəti sənə münasibətdə ədalətli idi?- Düşünürəm ki, münsiflər heyəti mənim potensialımı bildiyindən, məndən daha çox şey, ən yaxşını gözləyirdi. Necə oxudumsa, elə də qiymətləndirildim. Mən özümə bəraət qazandırmıram. Mahnı yeni, kifayət qədər ağır idi. Həmçinin xoreoqrafiya mürəkkəb idi və geyim, düzünü desək, rəqs üçün çox da uğurlu seçilməmişdi, "minusovka"da problemlər var idi. Bütün bunlar nəticəyə təsir etdi. Amma peşəkar istənilən şəraitdə sağ qalmalıdır.İkinci turda mənə daha asan idi. Mən özümə tanış mahnını oxuyurdum, amma görünür tamamilə özümü ələ almağı bacarmadım.- Sən qələbəyə inandığını və gələcəkdə milli seçmədə iştirak edəcəyini deyirsən. Bəs Avropa tamaşaçısına nə göstərmək istərdin? Səndə ölkə adından çıxış etmək istədiyin hansısa konsepsiya varmı?- Bu haqda düşünmüşəm və ölkəni duetlə təmsil etmək istərdim. Əgər ənənəyə sadiq qalsaq, onda oğlanla, amma qeyri-adilik olsun deyə – qızla da olar. Fikirləşmişdim ki, bu tamaşaçılar üçün maraqlı olar. Azərbaycandan solistlər artıq çıxış ediblər, həmçinin duetlər də olub, amma qadın dueti olmayıb. Hətta partnyorumun kim ola biləcəyini də güman etmişdim. Amma ad çəkmək istəmirəm. Əlbəttə, əgər birinci məni seçəcəkdilərsə, onda bu, bütün xəyalların təcəssümü olacaqdı Baxmayaraq ki, əslində mən solo müğənnisiyəm. Hər şey seçilmiş formatdan asılıdır. Hesab edirəm ki, ölkəni "Euorvision"da təmsil etmək üçün əgər səni seçiblərsə və sənə etibar ediblərsə, onda sən əsassız-filansız onu yerinə yetirməlisən.- Bəs bunun məsuliyyətindən qorxmursanmı?- Əgər bu şansı qazandığım gün gəlsə, onda mən özümə əmin olacam. Çünki öz ölkəmə lazım olduğumu hiss edəcəm.- Sənin karyera planların nədən ibarətdir?- Hazırda tamamilə öz karyeramla məşğulam. Birincisi, öz adımı dəyişdirmişəm, indi mən – Rilayayam. Üç klip çəkdirmişəm, bu kliplərin Bakıda analoqu yoxdur. Əvvəl yerli dinləyicini fəth etmək istərdim, sonra isə xarici dinləyici haqqında da düşünmək olar.Nərminə ƏliyevaANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb