Rio Ferdinand "Mançester Yunayted"dən gedir

22:23 | 13.05.2014
Rio Ferdinand "Mançester Yunayted"dən gedir

Rio Ferdinand "Mançester Yunayted"dən gedir

"Mançester Yunayted" klubunun müdafiəçisi Rio Ferdinand 12 il şərəfini qoruduğu komandadan ayrılır.

Qol.Az-ın məlumatına görə, bu barədə futbolçunun özü klubun rəsmi saytına açıqlamasında deyib.

35 yaşlı futbolçu "Mançester Yunayted"dən ayrıldığını və karyerasını digər klubda davam etdirəcəyini bildirib: "Dünyanın ən yaxşı klubunda 12 il keçirdim. Gələcəyimlə bağlı planları qurmağıma bir neçə ay sərf etdim və qərarımı verdim. Buraya kuboklar qazanmaq üçün gəlmişdim və bu xəyalımı gerçəkləşdirdim. Bir çox dostum oldu və məşhur futbolçularla oynamaq şansı qazandım. Komandama və azarkeşlərimizin hər birinə minnətdaram".

İngilis futbolçu hələlik karyerasını hansı komandada davam etdirəcəyinə qərar vermədiyini deyib: "Hazırda özümü yaxşı hiss edirəm və futbol oynamaq gücündəyəm. Gələcəkdə hansı komandada oynayacağımı bilmirəm, ancaq yeni hədəflərə hazıram".

Qeyd edək ki, 2002-ci ildən "Mançester Yunayted"in şərəfini qoruyan Ferdinand keçirdiyi 312 oyunda 7 dəfə rəqib qapılarına yol tapıb. 

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM