Robben dünya kubokundan kənarda qaldı

15:18 | 05.12.2013
Robben dünya kubokundan kənarda qaldı

Robben dünya kubokundan kənarda qaldı

"Bavariya"da zədəli futbolçular sırasına daha biri əlavə olunub.Qol.Az-ın məlumatına görə, dünən "Ausburq"la matçda zədələnən hollandiyalı yarımmüdafiəçinin zədəsinin ciddi olduğu müəyyənləşib. Klubun rəsmi saytından verilən açıqlamada onun dizindəki yaranın dərin olduğu və bu səbəbdən futbolçunun 6 həftə yaşıl meydanlardan uzaq qalacağı bildirilib.Beləliklə, A.Robben 2013-ci ildə oynanılacaq 6 matçda forma geyinə bilməyəcək. Bundan başqa o, Mərakeşdə təşkil olunacaq klublararası dünya kubokunda da iştirak etməyəcək.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM