"Roma" daha bir türkiyəli futbolçunu heyətinə qatıb

21:28 | 16.08.2019

"Roma" daha bir türkiyəli futbolçunu heyətinə qatıb

İtaliyanın "Roma" klubu Türkiyənin "Gənclərbirliyi" komandasının futbolçusu Mert Çetini heyətinə qatıb.
"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, "canavarlar" 22 yaşlı müdafiəçi üçün Ankara təmsilçisinə 3 milyon avro ödəyib. Oyunçu ilə 2024-cü ilin yayına kimi müqavilə imzalanıb.
Sözləşməyə əsasən, oyunçu 5 milyon avrodan çox məbləğə satılacağı təqdirdə pulun 10 faizi Türkiyə təmsilçisinə veriləcək.
Qeyd edək ki, Mert Çetin 2017-ci ildən "Gənclərbirliyi"nin formasını geyinir. "Roma"da digər türkiyəli futbolçu Cengiz Ünder də çıxış edir. 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb