Romada üçmərtəbəli binada partlayış baş verib

18:30 | 08.05.2016
Romada üçmərtəbəli binada partlayış baş verib

Romada üçmərtəbəli binada partlayış baş verib

Bu gün yerli vaxtla səhər saat 11.00 radələrində (Bakı vaxtı ilə 13.00) Romanın şimal-şərqində, Roma dairəvi avtomobil yolunun yaxınlığındakı üçmərtəbəli binada partlayış baş verib.
 
APA-nın "RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, partlayış nəticəsində  bina qismən dağılıb, ən azı 4 nəfər yaralanıb.
 
Yaralılardan 2-nin vəziyyəti ağırdır. Partlayışın məişət qaz balonu ilə bağlı olduğu ehtimal edilsə də, partlayışın səbəbi hələ tam aydın deyil. Hadisə yerində onlarla xilasedici çalışır, dağıntılar altındakı insanlar axtarılır.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb