Roman əsasında çəkilən ən yaxşı 30 Məhəbbət Filmi

11:00 | 30.09.2014
Roman əsasında çəkilən ən yaxşı 30 Məhəbbət Filmi

Roman əsasında çəkilən ən yaxşı 30 Məhəbbət Filmi

30. Əziz Con / Dear John

Yazıçı Nicolas Sparksın (Nicholas Sparks) eyni adlı əsərinə uyğunlaşdırılan filmdə Con adlı gənc orduya yazılır. Bundan az əvvəl isə o, Savanna adlı universitet tələbəsinə aşiq olar və çox keçmir ki, qızın sevgisini qazanır. Amma orduya gedən Con sevgilisi ilə yalnız məktublaşmaq vasitəsilə ünsiyyət qurur.

29. Vəba günlərində eşq / Love in the Time of Cholera

Yaxın günlərdə vəfat edən Qabriel Qarsia Markesin eyniadlı romanı əsasında ssenariləşdirilən filmdə Florentino Arizanın eşqini, uzun sürən hicran yaşantısını və 53 il səbrlə sevdiyini gözləməsini izləyirik.

28. Sadəcə birgə / Ensemble, c'est tout

Film Anna Qavaldanın eyniadlı romanı əsasında çəkilib. Roman 2004-cü ildə satışa çıxsa da, onun əsasında çəkilmiş film 2007-ci ildə ekranlaşdırılıb. Kamilla adında cavan qız öz qonşusu Filiberlə dostlaşır və bir müddətdən sonra onun mənzilinə köçür. Orada o nəinki fiziki, həmçinin səmimi və ruhi sıcaqlıqla rastlaşır. Elə orada da o aşpaz Frank ilə tanış olur. Əvvəlcə Frank ilə Kamilla arasında münasibətlər elə də yaxşı olmasa da, sonradan möhkəm tellərlə bir-birinə bağlanan dosta çevrilirlər.

27. Fillər üçün su/ Water for Elephants

Baytarlıq oxuyan Cakob Cankovski ailəsini yol qəzasında itirir və bu səbəbdən də o, təhsilini buraxır. Sara Qruenin eyni adlı romanının qəhrəmanı sirk ustalarına qoşulub maraqlı bir həyat keçirir.

26. Mirvari sırğalı qız/ Girl with a Pearl Earring

Treysi Şebalyenin eyni adlı romanı əsasında, 2003-cü ildə rejissor Puter Uebberanın çəkdiyi bu film bir çox beynəlxalq film festivallarının qalibi olub. Əsər hollandiyalı rəssam Yana Vermeeranın "Mirvari sırğalı qız" rəsm əsərinin necə ərsəyə gəlməsindən bəhs edir.

25. Arzular hara aparır... / What Dreams May Come

Kris Nilsen və Enni bir-birlərini dəli kimi sevən cütlükdür. Bir yol qəzası nəticəsində uşaqlarını itirən Enni bütün xoşbəxtliyindən əlini üzür. Kris sevimli arvadını bu böhrandan qurtarmağa çalışır. Riçard Metisonun eyni adlı romanı əsasında çəkilən bu film insanları əbədi düşündürən cənnət-cəhənnəm - dünya sonu haqqında fikirlərinin inikasıdır.

24. Bir Gün / One Day

Devid Nikolsun ən çox satılan kitabı əsasında çəkilən bu ekran əsərində Edinburq Universitetinin məzunları olan Emma və Dekster Meyxyunun taleyindən bəhs edir. Süjet xəttində biz 23 il ərzində əsər qəhrəmanlarının "15 iyul" tarixçələrini izləməli oluruq

23. PS: Səni sevirəm / PS: I Love You

2007-ci ildə Riçhard LaGravenes tərəfindən çəkilmiş Amerika dram filmidir. Ssenari müəllifləri isə Riçhard LaGravenes və Steven Rogersdir. Filmin ssenarisi Seselia Ahemin 2004-cü ildə qələmə aldığı eyni adlı romana əsaslanır. Film produser Molli Smitin bacısı Vindland Smitin xatirəsinə həsr olunub.Holli və Gerri Manhattanın şərqində yaşayan evli cütlükdür. Onlar bir-birini çox sevirlər, lakin gözlənilmədən Gerri beyin xərçəngindən vəfat edir. Holli həyat yoldaşının onun üçün nə qədər önəmli insan olduğunun fərqinə varır. Holli güclü stress keçirir, ailəsindən və dostlarından uzaqlaşır. Otuzuncu yaş günü ailəsi və dostları ona gələcəyi görmək, həyata sarılmaq və gələcəklə bağlı seçimlər etməsi üçün bu gənc dul qadını həvəsləndirmək qərarına gəlirlər. Onlar Hollinin mənzilinə gəlir, evi bəzəyir, onun üçün tort hazırlayırlar. Bir də Gerridən məktub qoyurlar onun üçün. Bu, Gerrinin ölümündən sonra Hollinin “P.S Mən Səni sevirəm” sonluğu ilə bitən çoxlu məktublardan birincisi olur...

22. Zaman yolçusunun xanımı / The Time Traveler 's Wife

Ağır xəstəliyə düçar olan Henri tez-tez yoxa çıxır və bu arvadı Klaranı çox narahat edir. Xəstəliyini sevimli arvadından gizlədən Henri və ərindən narahat olan Klara böyük bir eşq sınağından keçməli olurlar.  Odri Niffeneqqerin eyni adlı əsəri əsasında çəkilmiş filmin rejissoru Robert Şventkdir və fantastika janrında çəkilib.

21. Məni əsla buraxma! / Never Let Me Go

"Time" jurnalının ən yaxşı 100 İngilis romandan biri olan Kadzuo İsiquronun eyni adlı romanına uyğunlaşdırılan filmdə internat məktəbində böyüyən üç dostun uşaqlıqdan yetkinliyə keçidlərini və əvvəlcədən yazılan qədərləri ilə üzləşdiklərinin izləyirik.

20. Kendi /Candy

Lyuk Deyvisin əsəri əsasında çəkilmiş bu film qərhəmanın həm heroinə, həm də bir qadına olan asılılığından bəhs edir.

19. Şokolad / Chocolat

Hər şeydən uzaq, kiçik bir fransız qəsəbəsində gənc bir qadın və qızının daşınıb, şokolad dükanı açması və onun fonunda inkişaf edən hadisələrdən danışan ekran əsəri. Eyni adlı romanın müəllifi Conna Harrisdir.

18. Ceyn Eyr / Jane Eyre

Şarlotta Brontenin klassiklər arasında yer tutan romanı əsasında çəkilmiş eyni adlı film. Bu maraqlı ekran əsəri Ceyn Eyr adlı qızın taleyindən, onun həyat mübarizəsindən bəhs edir.

17. Sevməyə tələs / A Walk to Remember

Yenə bir Nikolas Sparksın romanı əsasında çəkilmiş filmin qəhrəmanı Lendon Karter məktəbdə hamıdan fərqliyi ilə seçilən və məşhur bir gəncdir. Təsadüf nəticəsində Ceymi Sallivan adlı utancaq qızla tanış olar. Bundan sonra onların həyatı heç də əvvəlki kimi olmayacaq.

16. İngilis pasienti/ The English Patient

Maykl Ondatjenın eyni adlı əsəri əsasında ekranlaşdırılıb. Film 9 Oskara sahiblənib və II Dünya müharibəsi illərində İtaliyada eşq və döyüş əhvalatlarını izah edir.

15. Duvaq/ The Painted Veil

İngilis yazarı Somerset Moemin eyni adlı romanı əsasında ekranlaşdırılan film məhəbbətdən bəhs edir. 1920-ci illərdə bir-birilərini sevən cavan cütlük Uolter və Kitti Feyn Şanxaya - Çinə yollanırlar. Taun xəstəliyinin yayıldığı bir ölkədə onlar çox sınaqdan keçəcəklər.

14. Las-Veqasın tərki / Leaving Las Vegas

Ən yaxşı kişi oyunçusu olaraq Oskar qazandıran bu film Con O`Braynın romanı əsasında ekranlaşdırılıb. Las-Veqasa yolu düşən və arvadı tərəfindən tərk edilmiş bir kişi Sara adlı fahişə ilə qarşılaşır. Bundan sonra isə hər ikisinin həyatları ayrı-ayrı məcralara yönəlir.

13. Qiraətçi / The Reader

Əsərin əsas qəhrəmanı olan Hanna rolunun ifaçısı Keyt Uinsletə Oskar, Qızıl Qlobus və digər mükafatlar qazandıran bu əsərin müəllifi Bernhard Şlinkdir. Əsər 36 yaşlı bir qadının sirr dolusu həyatından bəhs edir. Bu yolun açılışında ona Mixail həmdəm olur. İlk tanışlıqları Mixailin 15 yaşında baş verir və Hannanın yoxa çıxmasından 7 il sonra onlar yenidən qarşılaşırlar. Amma harada və hansı şəraitdə? Mixail Hannanı qoruya bilərdi, amma onun susması qadının həyatını daha da ağırlaşdırır. Mixail öz günahının necə təmizləyəcək? Ümumiyyətlə, bunu bacaracaqmı?

12. Uzun nişan / Un long dimanche de fiançailles (A Very Long Engagement)

Sebestyan Japrizonun eyni adlı romanı əsasında rejissor Jan-Pyer Jenenın yaratdığı film. Filmdəki hadisələr I Dünya Müharibəsindən bəhs edir. Matilda cəbhəyə gedən nişanlısının ölüm xəbərini alır. Ancaq Matilda buna inanmır və hadisəni araşdırmağa başlayır. O, öz hisslərinin doğruluğunu sübut edə biləckmi?

11. Kəffarə / Atonement

İen Makyuenanın qələmə aldığı əsər əsasında ekranlaşdırılıb. 1935-ci ildə baş verən hadisələr 3 nəfərin həyatından bəhs edir. Amma onların heç biri qarşılaşdığı hadisələri haqq etməyiblər...

10. Eşq və Qürur/ Pride & Prejudice

Klassik əsər olan eyni adlı roman əsasında ekranlaşdırılmış film 2005-ci ildə tarix yazıb.  Ceyn Ostinin roman qərhəmanlarını tanınmış Hollivud aktyorları Metyu Makfeyden və Kira Naytli canlandırıblar.

9. Tiffanidə səhər yeməyi / Breakfast at Tiffany'S

Varlı sevgilisinin hesabına yaşayan yazıçı Pol Varjak yeni mənzilə köçür və burada qonşusu Holli Qolaytli ilə tanış olur. Holli necə gəldi yaşayan yelbeyin qızdır. Bəziləri onu avantürist hesab edir, bəziləri isə onun tülkü kimi hiyləgər olduğunu fikirləşirlər. O, varlı kişinin məşuqəsi olmaq arzusu ilə yaşayır. O, öz adını dəyişir, telefonunu çarpayının altındakı çamadanda saxlayır, mənzilindən pəncərə vasitəsilə çıxır və zərgərlik mağazası "Tiffany & Co." haqqında xəyal edir. Holli özünə "Tiffany & Co." kimi sakit yer tapsa, o, həyatından qaçmaqdan əl çəkəcək və öz sevimli pişiyinə ad qoyacaq.Odri Hepbern bu filmdə sadə, qeyri-adi, özünə varlı kavaler axtaran Holli Qolaytli rolunu ifa edir. Bu rol sonradan onun fəaliyyətinə çox uğur gətirir. Odri Hepbernin filmdə "Moon River" mahnısını ifa etməsi bəstəkar Henri Mançiniyə və sözlərin müəllifi Conni Merserə 1962-ci ildə "Oskar" qazandırır.Filmdə Hollinin adsız pişiyi rolunda Oranci adlı kürən pişiyi çəkmişdilər. Bu pişik "Tiffanidə səhər yeməyi" filmindən başqa 6 filmdə də çəkilib. Eyni adlı romanın müəllifi Trumen Kapotdur.

8. Mənim sevgilim dəlidir / Silver Linings Playbook

"Mənim sevgilim dəlidir" komediya-dram janrında çəkilən filminin ssenaristi və rejissoru David Rasseldir. Filmin ilk nümayişi 2012-ci il 8 sentyabrda Toronto film festivalında baş tutub. Kritiklər tərəfindən müsbət qarşılanılan film 8 nominasiya üzrə Oskar mükafatına namizəd olub və ən yaxşı qadın roluna görə Cennifer Lourens qələbə qazanıb.8 ay psixatriya mərkəzində keçirmiş köhnə məktəb müəllimi Pet valideyinlərinin yanına gələrək, həyat yoldaşıyla əlaqəsini bərpa etməyə çalışır. Hər şey onun bir qədər qəribə olan Tiffani adlı qızla qarşılaşmasından sonra daha da çətinləşir... Roman Metyu Kuikindir.

7. Doktor Jivaqo / Doctor Zhivago

Boris Pasternakın eyni adlı romanının motivləri əsasında ekranlaşdırılan 5 Oskarlı film 1940-ci illərdə Rusiyada baş vermiş hadsələri özündə əks etdirir. Eşq və evliliyi arasında sıxışan Jivaqonun sonu necə olacaq?

6. Qeyd dəftəri / The Notebook

Romantik-dram janrında ekranlaşdırılan bu əsər, deyilənlərə görə, yazıçı Nikolas Sparksın bioqrafik əsəridir. Ailəsiylə birlikdə tətilə gələn Elli burada yaşayan Noy adlı bir gənclə yaxınlaşmağa başlayır. Aralarındakı sinfi və iqtisadi fərqlərə baxmayaraq gənclər düşünür ki, bir-birlərinə duyduqları hissə heç nə maneə törədə bilməzlər. Onlar doyunca eşqlərini yaşamaq istəyirlər, amma çox vaxt işlər planlaşdırıldığı kimi yaxşı getmir.

5. Oxşar ulduzun altında / The Fault in Our Stars

Con Grinin çox satılan, çox ağladan eyni adlı romanı əsasında ekranlara daşınan film xərçəng xəstəsi Hazel ilə bir qıçını xərçəngdən itirən Auqustusun hekayəsini izah edir.

4. Üsyankar sevgilim / Yeopgijeogin geunyeo

Kyun-woo sıravi bir axşam üstü evinə dönməkdədir, metroda bir qızla qarşılaşar. Qız çox sərxoşdur və az qala qatar relslərinə düşəcək qızı Kyun-woo qurtarar. Qatarın digər sakinləri ikilinin səmimi pozaları səbəbiylə ikiliyə sevimli zənn edərlər. Bu səhv başa düşülmə, ikilinin həyatındakı bir çox şeyi dəyişdirir. Seksual romantik komediya Ho-sik Kimin kitabı əsasında əekranlaşdırılıb.

3. Küləklə sovrulanlar/ Gone with the Wind

1939-cu ildə istehsal edilmiş ABŞ filmidir. Filmdə göstərilən hadisələr 1861-ci ildə ABŞ-da baş vermiş vətəndaş müharibəsini əks etdirir. Film 14 dəfə Oskar mükafatına namizəd görülüb və bu mükafatlardan 10-nu qazanıb. Marqaret Mitçellın qələmə aldığı roman bir qadının nələrə qadir olmasını əks etdirən sənət əsəridir.

2. Sərvi boylum, Al Yazmalım

Siyahıdakı türk filmidir və qırğız yazıçısı Çingiz Aytmatovun "Qırmızı şarf" romanı əsasında ekranlaşdırılıb. Film İlyas və Asiyanın unudulmaz eşqini izah edir. Yalnız eşq deyil, eyni zamanda Türkan Şoray və Kadir İnanır cütlüyünün yaradıcılığı bu ekran əsərini unudulmaz edib və klassik əsərlər sırasına düşməsinə zəmin yaradıb.

1. Forrest Gump

"Forrest Qamp" zəka səviyyəsi 75 olan birinin həyatını əks etdirir. Zəka səviyyəsindən ötrü dövlət məktəblərinə girməkdə belə çətinlik çəkən Forrest Qamp zaman keçdikcə məntiqə uyğun gəlməyən nailiyyətlərə imza atır. Hər nə qədər zəka səviyyəsi aşağı olsa da, fiziki olaraq son dərəcə sağlam olan Forrest Qamp zaman keçdikcə baş verən hadisələr zəncirində bizi xəyal edə bilməyəcəyimiz bir dünyaya aparır.Bu film 6 Oskara layiq görülüb və gələn-keçən ən yaxşı filmlərdən biri hesab olunur. Yazıçı Uinston Qrumun romanı əsasında ekranlaşdırılıb.

Hazırladı Nuray

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM