Ronaldo futboldan gedir?

16:30 | 23.07.2014
Ronaldo futboldan gedir?

Ronaldo futboldan gedir?

Portuqaliyalı ulduz Kriştiano Ronaldo futbolu buraxacağı tarixi açıqlayıb. 
ANS PRESS-in məlumatına görə, "Real Madrid"li ulduz daha 6-7 il yüksək səviyyədə futbol oynaya biləcəyinə inanır. 
Tokioda təşkil edilən bir mərasimdə maraqlı açıqlamalar verən Ronaldo gələcək mövsümdən danışıb: "Tamamilə yeni mövsümü düşünürəm. Zədələrim sağalıb və özümü çox yaxşı hiss edirəm",- deyə Ronaldo bildirib. 
"Real Madrid"də müvəffəqiyyətli bir mövsüm keçirdiyini ifadə edən portuqaliyalı yeni uğurlar qazanacağından əmin olduğunu söyləyib: "Bu mövsüm də 5-6 kubok qazanma şansına sahib olacağıq. Qollarımı atıb yenidən kubok sevinci yaşamaq istəyirəm".
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb