Ronaldo: "Messiyə paxıllıq edirəm"

01:20 | 12.01.2016
Ronaldo:

Ronaldo: "Messiyə paxıllıq edirəm"

"Real"ın futbolçusu Kriştiano Ronaldo "Qızıl top"un mükafatlandırma mərasimi öncəsi açıqlama verib.

Qol.Az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, o, tədbir öncəsi keçirilən mətbuat konfransında "Qızıl top" mükafatı uğrunda rəqibi "Barselona"nın futbolçusu Lionel Messinin sol ayağının güclü olduğunu deyib:

"Messiyə yalnız sol ayağına görə paxıllıq edə bilərəm. Çünki o, sol ayağı məndən bir qədər yaxşı oynayır (gülür)".

K.Ronaldo "Qızıl top"u qazanmaq şanslarını da dəyərləndirib:

"Messinin şansı daha yüksəkdir. Messi və Neymarın bu mükafatı qazanması mənim üçün gözlənilməz olmayacaq. Ancaq bu mübarizədə mən də varam. Çünki səs toplayıb finala yüksəlmişəm".


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM