Ronaldo "Real" rəhbərliyini tənqid etdi

10:18 | 02.09.2014
Ronaldo "Real" rəhbərliyini tənqid etdi

Ronaldo "Real" rəhbərliyini tənqid etdi

"Real" (Madrid) klubunun hücumçusu Kriştiano Ronaldo maraqlı fikirləri ilə diqqət çəkib.Qol.Az-ın "Reuters" agentliyinə istinadən verdiyi məlumata görə, portuqaliyalı futbolçu "Real"ın transfer siyasətini kəskin şəkildə tənqid edib:"Real"ın transfer siyasəti haqda mənim öz düşüncələrim var. Ancaq bu barədə danışmaq istəmirəm. Əks təqdirdə qəzetlərin sabahkı buraxılışlarının baş səhifəsində olardım. Bu isə mənə lazım deyil. Əgər "Real"ın prezidenti düşünür ki, yeni futbolçular alınmalıdır və bəziləri komandadan getməlidir, o zaman bunu müzakirə etmərəm. Artıq "Real"da heyət baxımından yaxşı və pis mənada dəyişiklik ola bilər. Xoşbəxtlikdən biz Toni Kroos və Xames Rodriqes kimi səviyyəli futbolçularla müqavilə imzaladıq. Anxel di Mariya və Xabi Alonso komanda üçün önəmli futbolçular idi, ancaq düşünürəm ki, onlarsız da hər şey yaxşı olacaq".ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb