Ronaldo tarixi rekordun astanasında

21:37 | 29.04.2014
Ronaldo tarixi rekordun astanasında

Ronaldo tarixi rekordun astanasında

"Real"ın futbolçusu Kriştiano Ronaldo bu gün yeni rekord müəyyənləşdirmək üçün Çempionlar Liqasının yarımfinalında "Bavariya" ilə cavab matçında qol vurmağa çalışacaq.

Qol.Az-ın yaydığı xəbərə görə, cari mövsüm ÇL-də 14  dəfə fərqlənən portuqaliyalı hücumçu Münhen təmsilçisinin qapısına yol tapacağı təqdirdə, Çempionlar Liqası tarixində bir mövsümdə ən çox qol vuran yeganə futbolçu olacaq. Hazırda Ronaldo Messi ilə birgə bu rekorda şərikdir.

29 yaşlı oyunçu "Bavariya" ilə görüşdə het-trikə imza atacağı təqdirdə isə, ÇL tarixində indiyə kimi ən çox fərqlənən futbolçular sırasında olan Messiyə çatacaq. Hazırda ehtiyatında 67 qol olan argentinalı hücumçu bu siyahıda üçüncü pillədədir.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb