Ronaldo UEFA superkubokunda oynayamacaq

18:00 | 02.08.2014
Ronaldo UEFA superkubokunda oynayamacaq

Ronaldo UEFA superkubokunda oynayamacaq

Real" (Madrid) klubunun hücumçusu Kriştiano Ronaldo UEFA superkubokunda iştirak etməyəcək.

Qol.Az-ın xarici KİV-lərə istinadən verdiyi xəbərə görə, bu barədə klubun baş məşqçisi Karo Ançelotti məlumat verib.

İtaliyalı mütəxəssis fərdi məşq edən portuqaliyalı futbolçunu "Sevilya" ilə görüşdə riskə atmayacağını bildirib: "Ronaldo fərdi məşqlərini davam etdirir. Superkubokda onu risk etməyəcəm. Çünki komanda ilə birgə yetərincə məşq etməyib. "Sevilya" ilə matçdan sonra komandaya qoşulacaq və onu yeni mövsümə hazır saxlamağı düşünürəm".

Qeyd edək ki, "Real" - "Sevilya" oyunu avqustun 12-də, Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb