Ronaldonu "Qalatasaray"ın futbolçusu əvəzlədi

17:34 | 30.08.2014
Ronaldonu "Qalatasaray"ın futbolçusu əvəzlədi

Ronaldonu "Qalatasaray"ın futbolçusu əvəzlədi

Kriştiano Ronaldo Portuqaliya millisinə çağırılmayıb.

Qol.Az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, o, "Avro-2016"nın qrup mərhələsində Albaniya qarşı oyun üçün 24 nəfərlik heyətdə yer almayıb. 

Portuqaliya millisinin baş məşqçisi Paulo Bentu Ronaldonun qarşıdakı matça tam hazır olmadığını düşündüyü üçün bu addımı atıb.

Qeyd edək ki, Ronaldonun əvəzinə milliyə ilk dəfə "Qalatasaray"ın futbolçusu Brumanı çağırılıb.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM