Rus Dram Teatrında maraqlı tamaşalar

09:31 | 24.01.2014
Rus Dram Teatrında maraqlı tamaşalar

Rus Dram Teatrında maraqlı tamaşalar

 Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının fevral repertuarı maraqlı tamaşalarla zəngindir.Teatrın mətbuatı xidmətindən AzərTAc-a bildirmişlər ki, fevralın 1-də M.Kamolettinin “Ah, bu Anna”, ayın 2-də O.Yernevin “Yeni il gecəsində məhəbbət intriqaları” komediyaları, 5-də Elçinin “Teleskop” tragikomediyası nümayiş etdiriləcəkdir.Teatrın kollektivi fevralın 7-də Elçinin “Cəhənnəm sakinləri” ayın 8-də M.F.Axunzadənin “Müsyö Jordan həkimi-nəbatat və Dərviş Məstəlişah caduküni-məşhur”, 9-da E.Şmitin “Pozğun” tamaşalarını göstərəcəkdir.Teatrsevərlər fevralın 12-də F.Dostoyevskinin eyniadlı əsəri əsasında hazırlanmış “Karamazov qardaşları”, ayın 14-də V.Siqarevin “Yalan detektoru”, 15-də R.Kuninin “Həddindən artıq evli taksi sürücüsü” səhnə əsərlərinə baxa bilərlər.Fevralın 16-da M.Zadornovun “Ər almaq istəyirəm”, ayın 19-da A.Ostrovskinin ”Canavarlar və qoyunlar”, 21-də Nizami Gəncəvinin “Yeddi gözəl” poeması əsasında hazırlanmış tamaşalar göstəriləcəkdir.M.Lermontovun “Maskarad” əsəri fevralın 22-də, A.İvanovun “Adaxlı çağırmısınız, qızlar?” və V.Stanilovun “Opera Mafiozo” tamaşaları müvafiq olaraq ayın 23-də və 28-də təqdim ediləcəkdir.Teatrın kollektivi həmişə olduğu kimi, fevral ayında da balaca tamaşaçıları unutmamışdır.Fevralın 1-2-də V.Neverovun müvafiq olaraq “Nağılı tap!-1” və “Nağılı tap!-2” tamaşaları, ayın 8-də A.Nikuşinanın “Güləbətin tikən qız və süpürgəçi” müzikli göstəriləcəkdir.Teatrın kollektivi fevralın 9-da V.Reznikovanın “Maşa və Ayı”, ayın 15-də V.Reznikovanın “Durnabalığının buyruğu ilə”, 16-da Y.Şutskinin “Morozko” tamaşalarını nümayiş etdirəcəkdir.Gələn ayın 22-23-də isə A.S.Puşkinin “Çar Saltan, onun oğlu şərəfli və cəsur pəhləvan knyaz Qvidon və gözəl şahzadə Sona haqqında nağıl”ı əsasında hazırlanmış “Çar Saltan, knyaz Qvidon və şahzadə Sona haqqında nağıl”ın premyerası olacaqdır.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb