Rusiya ana-bacı söyüşləri ilə vidalaşır

13:38 | 01.07.2014
Rusiya ana-bacı söyüşləri ilə vidalaşır

Rusiya ana-bacı söyüşləri ilə vidalaşır

İyulun 1-dən Rusiyada mediada, kinoda, teatrda, ədəbiyyatda söyüş işlədilməsi qadağan edilir.

Dumanın “Dövlət dili haqqında” qanuna etdiyi düzəlişlər qüvvəyə minir.

İyunun 30-da bir çox sənət adamları Moskvada, Peterburqda, eləcə də başqa şəhərlərdə “söyüşlə vida mərsimləri” keçirəcəklər.

Rusiyada bu qanunu mənəvi saflaşdırma tədbiri kimi alqışlayanlar da var, senzura kimi qəbul edənlər də.

“Vida mərasimləri”ndə rus klassiklərinin əsərlərindəki söyüş işlədilmiş parçalar oxunacaq.

Gecəyarısı isə söyüşün xatirəsi 1 dəqiqəlik sükutla yad ediləcək.

Bundan sonra mediada söyüşə görə vətəndaşlar 3 min rubla qədər, vəzifəli şəxslər 20 min rubla qədər, hüquqi şəxslər isə 200 min rubla qədər cərimələnəcəklər.

Azadliq.org

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb