Rusiya Avropaya uçuş qadağası qoya bilər

13:53 | 05.08.2014
Rusiya Avropaya uçuş qadağası qoya bilər

Rusiya Avropaya uçuş qadağası qoya bilər

Rusiyanın hakim dairələri Avropa aviaşirkətlərinin Rusiya ərazisindən Asiyaya uçuşlarını məhdudlaşdırmaq və ya bütünlüklə qadağan etməyi nəzərdən keçirir.

 

APA-nın xəbərinə görə, bu barədə “Vedomosti”yə Rusiya hökumətindəki məlumatlı mənbələr bildiriblər. Qeyd olunur ki, Avropa Birliyinin ilk sanksiyalarından sonra Rusiyada avropalı daşıyıcılar üçün tranziti məhdudlaşdırmaq barədə müzakirələr başlayıb. Lakin “Dobrolet” şirkətinin uçuşlarının dayandırılması və Ukrayna tərəfindən Rusiya aviaşirkətlərinin 8,6 milyon dollar məbləğində cərimə olunmasından sonra rəsmi Moskva “cavab vermək” qərarına gəlib.

 

Hələ rəsmi qərarın verilmədiyi, hələlik mümkün addımların nəzərdən keçirildiyi deyilir.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb