Rusiya BMT insan haqları ofisini bağlayır

21:17 | 14.03.2016
Rusiya BMT insan haqları ofisini bağlayır

Rusiya BMT insan haqları ofisini bağlayır

Məlumatlara görə, Rusiyanın Cenevrədəki diplomatik missiyası BMT-nin Moskvadakı İnsan Haqları ofisini (OHCHR) bağladığını təsdiqləyib.

Rusiyanın səfiri Aleksei Borodavkin RIA Novosti-yə deyib ki, OHCHR Rusiyada insan haqları institutlarının yaradılmasına kömək göstərib və Moskva ofisinin bağlanmasında "qeyri-adi heç nə görmürük”.

BMT ofisindən hələlik məlumatı şərh etməyiblər.

Martın 10-da BMT-nin İnsan Haqları Komissarı Zeid Raad al-Hussein Kremlin bu niyyəti barədə "alınan siqnallardan” narahatlıq bildirmişdi. /Azadliq.org

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb