Rusiya Qazaxıstanda qəzaya uğrayan Azərbaycana məxsus təyyarənin qəzaya uğrmasının detallarını araşdırmaya maraqlıdır. Bunu Rusiya prezidentinin sözçüsü Dmitri Peskov deyib.
"İstintaq orqanlarına lazımi göstərişlər verilib. Biz bu fəlakətin səbəblərini müəyyən etmək üçün tamamilə obyektiv, qərəzsiz araşdırmada maraqlıyıq”, - Kreml nümayəndəsi jurnalistlərə bildirib.
Bir gün əvvəl Azərbaycan Prezidenti İlham Əliyev də açıqlamasında bildirib ki, qəza ilə bağlı ilkin məlumatlar var, sadəcə qara qutunun oxunmasının yekunu gözlənilir.
Dekabrın 25-də AZAL-a məxsus sərnişin təyyarəsi Qazaxıstanda qəzaya uğrayıb. Təyyarədə olan 67 nəfərdən 29 nəfəri sağ qalıb.
Sərnişin təyyarəsi Rusiya tərəfindən vurulub. Rusiya prezidenti Vlodimir Putin baş verən qəzaya görə Azərbaycan Prezidentinə zəng edərək üzr istəyib.
Baş verən qəzadan sonra dekabrın 26-da Azərbaycanda matəm günü elan edilib.
Həmçinin qəzada olan 2 pilot və bir bələdçi Prezidentin sərəncamı ilə Milli Qəhrəman adını alıb. Qəzada sağ qalan digər iki bələdçi isə rəşadət ordeni ilə təltif olunub.
Gülnar Nazimqızı

www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !