Rusiya daimi olaraq Suriyada qalacaq - PUTİN TƏSDİQLƏDİ

16:32 | 14.10.2016
Rusiya daimi olaraq Suriyada qalacaq - PUTİN TƏSDİQLƏDİ

Rusiya daimi olaraq Suriyada qalacaq - PUTİN TƏSDİQLƏDİ

Rusiya prezidenti Vladimir Putin Suriya hökuməti ilə əldə edilmiş və bu ölkədəki "Hmeimim” hərbi bazasını sonsuzadək istifadəyə imkan verən müqaviləni təsdiqləyib.
 
ANN.AZ lent.az-a istinadən xəbər verir ki, bu barədə "Reuters” agentliyi məlumat yayıb. Bildirilib ki, hazırda Rusiya hərbi təyyarələri məhz bu hava bazasından istifadə etməklə Əsədin düşmənlərini bombalayır.
 
Qeyd edək ki, Rusiya Suriyanın "Tartus” limanında daimi bir dəniz hava bazası yaradacağını açıqlamışdı. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM