Rusiya dünyada analoqu olmayan silahını sınaqdan keçirdi

12:20 | 15.10.2016
Rusiya dünyada analoqu olmayan silahını sınaqdan keçirdi

Rusiya dünyada analoqu olmayan silahını sınaqdan keçirdi

Dünyada analoqu olmayan, yeni fiziki prinsipləri olan radioelektron silahların ilkin nümunələri Rusiyada hazırlanıb və uğurla sınaqdan keçirilib.

"Sputnik” "RİA Novosti”-yə istinadla xəbər verir ki, bunu yeni sistemin rəsmi təmsilçisi olan "Birləşmiş cihazqayırma korporasiyası”nın nümayəndəsi "Armhaytek-2016” silah sərgisində bildirib.

Yeni fiziki prinsipləri olan radioelektron silahın ilkin nümunələri 2016-cı ilin sentyabrında "Ordu-2016” hərbi-texniki forumun sahəsində Müdafiə Nazirliyinin qapalı nümayişinə təqdim edilib.

"Artıq o silahın real nümunələri hazırlanıb və onlar öz effektivliklərini sübut ediblər. Bu tamamilə yeni növ silahdır. Onun analoqu dünyanın heç bir ölkəsində yoxdur və biz bunu dünyada bəyan etməkdən qorxmuruq”, - deyə nümayəndə RİA Novosti-nin müxbirinə verdiyi açıqlamada deyib. 

"Birləşmiş cihazqayırma korporasiyası”nın nümayəndəsinin sözlərinə görə, yeni silahın özəlliyi ondan ibarətdir ki, o, enerjini yönəltməklə düşmənin silahını ənənəvi vurma vasitələrinin, mərmilərin köməyi olmadan neytrallaşdırır. 

"O, dolayı fiziki təsir yolu ilə təyyarələrin içindəki aparatların, pilotsuz uçan aparatların, o cümlədən yüksək dəqiqlikli silahların fəaliyyətini neytrallaşdırır”, - deyə nümayəndə əlavə edib.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb