“Rusiya döyüş başlıqlarını çoxaldır”

12:22 | 04.04.2016
“Rusiya döyüş başlıqlarını çoxaldır”

“Rusiya döyüş başlıqlarını çoxaldır”

ABŞ hökuməti bildirir ki, Rusiya ballistik raketlərə yerləşdirilən strateji döyüş başlıqlarının sayını artırır. Baxmayaraq ki, tərəflər imzaladıqları beş illik saziş çərçivəsində nüvə arsenallarını kəsməyə boyun olublar.

ABŞ Dövlət Departamentinin silahlara nəzarət bürosu aprelin 1-də rəqəmlər açıqlayıb. Bu rəqəmlər Rusiyanın hərbi niyyətləri sarıdan narahatlığı dərinləşdirir.

Belə ki, Prezident Vladimir Putin-in hakimiyyəti dövründə Moskva silahların, avadanlığın təkmilləşdirilməsinə, silahlı qüvvələrin təliminə xeyli vəsait xərcləyib.
Məlumata görə, Rusiya 2011-ci illə müqayisədə 200 artıq döyüş başlığı yerləşdirib. 2011-ci ildə "New START” ("Yeni Başlanğıc”) sazişi qüvvəyə minib. /Azadliq.org

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb