Rusiya Ermənistana 4.5 milyard dollarlıq “atom” dəstəyi verəcək

10:02 | 15.07.2014
Rusiya Ermənistana 4.5 milyard dollarlıq “atom” dəstəyi verəcək

Rusiya Ermənistana 4.5 milyard dollarlıq “atom” dəstəyi verəcək

“Ermənistan Atom Elektrik Stansiyası yeni maliyyə öhdəlikləri ilə üzləşib”. Modern.az xəbər verir ki, bunu Ermənistanın energetika naziri Yervand Zaxaryan bildirib.
Onun sözlərinə görə maliyyə öhdəliklərinin həcmi 9.5 milyard erməni dramı təşkil edir. Nazir söyləyib ki, maliyyə öhdəlikləri borclar və kredit vasitələri nəticəsində yaranıb. Y. Zaxaryan bildirib ki, Ermənistan  gələcəkdə bu istiqamətdə effektiv tədbirlər görməlidir.
O, bunun üçün Rusiyanın dəstəyi məsələsinə də toxunub. Ermənistan rəsmisi qeyd edib ki, ölkədə  atom elektrik stansiyasının yeni enerji blokunun açılmasına Rusiya köməklik edəcək. “Yeni stansiya üçün Rusiyanın bizə edəcəyi maddi köməkliyin məbləği təxminən 4.5 milyard dollar təşkil edəcək.  Tikinti işləri 2018-2019-cu ildə reallaşacaq. Rusiya Ermənistana hissələri mallar şəklində verəcək”.
Qeyd edək ki, Ermənistandakı  "Metsamor" Atom Elektrik Stansiyası 1979-cu ildə istifadəyə verilib. Bu stansiyanın təhlükəsizliyinə külli miqdarda maliyyə vəsaiti ayrılsa da, ekspertlər onun region üçün potensial radioaktiv təhlükə yaratdığını söyləyirlər. 
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM