Rusiya Ermənistanı qardaş ölkə hesab edir - Peskov

22:48 | 24.07.2024
Rusiya Ermənistanı qardaş ölkə hesab edir - Peskov

Rusiya Ermənistanı qardaş ölkə hesab edir - Peskov

Rusiya Ermənistanı qardaş ölkə hesab edir və ümid edir ki, onlar Kiyev rejiminin vaxtilə seçdiyi yolu seçməyəcəklər. Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Ermənistan suveren ölkədir, əməkdaşlığın prioritet istiqamətlərini seçir. Respublika bizim müttəfiqimizdir, qardaş ölkədir. Sadəcə olaraq biz istəməzdik ki, axtarışlar vaxtilə Kiyev rejiminin seçdiyi rejimdə aparılsın”, -  o, jurnalistlərin suallarını cavablandırıb.

Bu gün Rusiya xarici işlər nazirinin sözçüsü Maria Zaxarova da bildirib ki, Avropa İttifaqı Ermənistan silahlı qüvvələrinə 10 milyon avro göndərməklə öz dağıdıcı təsirini Zaqafqaziyada yaymaq niyyətindədir. 

Bir gün əvvəl Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrell deyib ki, Avropa İttifaqı Ermənistana Avropa ölkələrinə vizaların liberallaşdırılması üçün yaşıl işıq yandırıb.

Borell həmçinin Ermənistana 10 milyon avro ayırdığını da açıqlayıb. 

Bundan əvvəl Ermənistanın baş naziri bildirib ki, Avropa İttifaqına daxil olmaqları üçün ölkədə referendum keçirilə bilər. Bu məsələ müvəqqəti olaraq dayanıb. Prosesin hansı zamanda baş verəcəyi açıqlanmır.
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM